Palia

Blizzard və Riot Games veteranlarından yeni MMO

2021-06-10 11:08:02

Palia — Riot Games, Blizzard Entertainment və Zynga kimi veteranlar tərəfindən Singularity 6 studiyasında 2018-ci ildə təsis edilmiş bir debüt oyundur. Proqramçılar Palia'nın Stardew Valley və ya Animal Crossing-ə bənzər oyun təcrübəsi təmin edəcəyini, lakin açıq dünya miqyasında The Legend of Zelda: Breath of the Wild-ə oxşar olacağını vəd edirlər.

 

  • Palia'daki oyunçular min illər əvvəl əzəmətinin zirvəsində yoxa çıxan əfsanəvi insani irqin nümayəndələrinin rolunu alacaqlar. Hadisələr, elflərin yaşadığı Palia ölkəsinin cənub sahilində yerləşən qeyri-adi bir kənddə baş tutacaq. Süjetə əsasən, burada əsas qəhrəmanlar oyanaraq keçmişdə nə baş verdiyini aydınlatmaqa çalışacaq.
  • Oyunçular, bacarıqlarını gəliştirmək üçün hekayə kvestlərini tamamlaya, evlər qura və balıq ovundan tutmuş bağda böcək tutmağa qədər, müxtəlif hobbilərlə məşğul ola bilərlər. Oyunda mübarizə aparmaq mümkündür, amma zəruri deyil.
  • MMO-da çevik personaj redaktoru, geniş geyim seçimi və ev üçün 1000-dən çox dekor əşyaları olacaq.
  • Palia oyunçulara, MMO üçün ənənəvi sosial imkanlar dəstinə daxil olan və qrup şəklində tapşırıqları yerinə yetirmək imkanı yaradan, gildiyalar təqdim edəcək.
  • Oyunçuların NPC-lərlə romantik münasibətlər qurmasına icazə veriləcək.
  • Proqramçılar qeyd edir ki, Palia'da təkli oyun oynamaq da mümkündür. Ancaq məhz dostlarla kompaniya şəklində oyunun imkanları tam aşkara çıxacaq.
  • Palia'nın alfa-test sınağı 2021-ci ilin yayında PC-də baş tutacaq.

 

Digər Xəbərlər

Xəbər Lenti

Komanda P W D L Xallar
1 Shirvan Kings 19 10 3 6 33
2 Oghuz Tribes 19 6 5 8 23
3 Ucar Valleys 19 6 4 9 22
4 Khachmaz Fishers 19 5 3 11 18
5 Ismayil Cavanshir To. 19 5 3 11 18

Ən Son Oyunların Nəticəsi

Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş turnir.
2021-06-29 10:50:32

Solipsistics

2

Exit Frags

0
Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş turnir.
2021-06-29 10:50:32

Germanitas eSports

2

VIA Clan

0

Bizim Partnyorlarımız