Dota 2

International 10 İsveçdə keçirilməyəcək - Valve Avropada başqa bir yer axtarır

2021-06-22 16:18:38

Valve, International 10 turnirinin İsveçdə keçirilməsinin mümkün olmayacağını açıqladı. Şirkət, yerli hökumətin Dota 2 proqramçılara kömək etməyəcəyi təqdirdə, onu başqa bir Avropa ölkəsinə köçürməyi planlaşdırdığını söylədi. Bu məlumat, oyunun rəsmi saytında elan edilib.

Valve rəsmilərinin sözlərinə gəldikdə, Stockholm Live və Visit Stockholm onlara, TI10'un elit bir idman hadisəsi olaraq qəbul ediləcəyini və bu səbəbdən pandemiya dövründə müəyyən imtiyazlara sahib olacağlarını deyiblər. Lakin sonradan İsveç İdman Federasiyasının kiberidmanı tanımadığı məlum olub, və bu səbəbdən hökümət Valve-yə tədbirin keçirilməsində kömək etməyəcəyini bildirib.Proqramçılar, International 10-u elit bir idman hadisəsi kateqoriyasına aid etmək üçün İsveç Daxili İşlər Nazirinə müraciət ediblər, lakin təklif rədd edilib. Bu səbəbdən oyunçular və işçilər İsveçə girmək üçün viza ala bilməyəcəkləri məlum olub.

9 iyunda Valve İsveç hökumətinə apellyasiya şikayəti yönləndirib, lakin bu addım onlara köməklik etməyib. 14 iyun tarixində, proqramçılar şikayəti təkrarlayıbılar və hələ də son qərar barədə məlumat almayıblar. İsveç höküməti bu problemin həllinə kömək etməyəcəyi aydınlaşandan sonra, Valve indi Avropada TI10-a ev sahibliyi edə biləcək başqa bir ölkə axtarışına düşüb. Şirkət nümayəndələri əminliklə bildiriblər ki, onlar 2021-ci ildə Avropada ehtiyat yer tapa biləcəklər. Həmçinin onlar, digər təfərrüatlar məlum olan kimi, hər şeyi bildirəcəklərinə söz verdilər. Eyni zamanda, The International  10 üçün təsnifat mərhələləri keçirilmir və başlanğıc tarixi hələ də 23 iyuna planlaşdırıldığı bildirilir.

 

Digər Xəbərlər

Xəbər Lenti

Komanda P W D L Xallar
1 Shirvan Kings 19 10 3 6 33
2 Oghuz Tribes 19 6 5 8 23
3 Ucar Valleys 19 6 4 9 22
4 Khachmaz Fishers 19 5 3 11 18
5 Ismayil Cavanshir To. 19 5 3 11 18

Ən Son Oyunların Nəticəsi

Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş turnir.
2021-06-29 10:50:32

Solipsistics

2

Exit Frags

0
Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş turnir.
2021-06-29 10:50:32

Germanitas eSports

2

VIA Clan

0

Bizim Partnyorlarımız