Dota 2

Dota 2 "Nemestice" tədbirinə Battle Pass ilə başladı

2021-06-24 16:52:27

Valve, "Nemestice" adlı yeni bir Dota 2 tədbiri başlatdı. Onun içərisində oyunçular, buff-lara yiyələnmək üçün gücləndirilmiş qüllələr və sürünənlərlə mübarizə aparmaq üçün, meteorit parçaları toplamalı olacaqlar. Bundan əlavə, MOBA proqramçıları Battle Pass buraxdılar.

«Nemestice»-ni qazanmaq üçün komandaların rəqib qüllələrini dağıtması və əraziləri ələ keçirməsi lazımdır. Hər üç dəqiqədən bir xəritənin mərkəzində bir meteor yağışı baş verəcək: oyunçular əvvəlcə düşən göy cisimlərindən yayınmalı və sonra xüsusi kömürlər əldə etmək üçün onları tutmalıdırlar.

«Nemestice»-nin közləri hərəkət sürətini və hücum, cadudan yaranan ziyanı artıran; həmçinin qəhrəmanın ətrafındakı ərazidə zərər görməsinə imkan verən buff dəstəyi təmin edir. Tədbirin digər bir xüsusiyyəti də dost qüllələrin dağıdılmasından sonra sürünənlərin və binaların gücləndirilməsidir.

«Nemestice»-nin başlaması ilə Dota 2 xüsusi mükafatlarla yeni bir Battle Pass-a sahiblənir. Səviyyə artırmaq üçün, katakombalarda həftəlik tapşırıqları və çətinlikləri yerinə yetirməlisiniz.Battle Pass-dakı digər mükafatlar arasında «DOTA: Dragon's Blood»-dan Davion rolunu oynayan Dragon Knight obrazı, həmçinin Phantom Advent adlı bir Spectre arcan da yer alır.

 

Digər Xəbərlər

Xəbər Lenti

Komanda P W D L Xallar
1 Shirvan Kings 19 10 3 6 33
2 Oghuz Tribes 19 6 5 8 23
3 Ucar Valleys 19 6 4 9 22
4 Khachmaz Fishers 19 5 3 11 18
5 Ismayil Cavanshir To. 19 5 3 11 18

Ən Son Oyunların Nəticəsi

Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş turnir.
2021-06-29 10:50:32

Solipsistics

2

Exit Frags

0
Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş turnir.
2021-06-29 10:50:32

Germanitas eSports

2

VIA Clan

0

Bizim Partnyorlarımız