Counter-Strike: Global Offensive oyununda istiləşmək üçün top-5 xəritə

2020-11-19 20:45:27

Oynamağa başlamazdan əvvəl isinmə hərəkətlərini edirsizsə, böyük ehtimalla məsuliyyətlə oynayırsınız. Yəni, siz nəinki sadəcə yaxşı oynamağa çalışırsız, eyni zamanda qazanmağa çalışırsınız. İstiləşmə yalnız vurmağı yox, həmçinin xəritədə yaxşı hərəkət etməyi və sürətli qərar verməyi inkişaf etdirir. Oyuna başlamazdan əvvəl əllərinizi və barmaqlarınızı istiləşdirməyi məsləhət görürük, çünki oyun zamanı bədəninizin məhz bu hissələri istifadədə olacaq.

 

Training: Bot Aim V4C

Çox maraqlı və eyni zamanda sadə bir xəritədir. Hamımıza tanış olan de_dust xəritəsini xatırladır. Bu xəritədə botları həm yuxarıda, həm də aşağıda sistemə daxil etmək mümkündür, əlavə qutular və divarlar da əlavə etmək olar. Bu, oyundakı real vəziyyətə daha çox bənzəyəcək.

 

Fast Aim/Reflex Training Map [SP vs Bot]/aimtraindriving

Xəritənin adı özü haqqında kifayət qədər məlumat verir. Bu xəritənin əsas üstünlüyü ondan ibarətdir ki, botlar ətrafınızda 360 dərəcə qaçır və siz botların başlarına aim-i inkişaf etdirməklə yanaşı, həm də 180 dərəcədə kimisə öldürməyi də məşq edə bilərsiniz - bu kimi situasiyalar oyunda çox olur.

 

Training Center 1.5c

Çox maraqlı xəritədir. Bu xəritə professional oyunçu Rüstəm “Mou” Telepovun ən sevimlisidir. O, çox vaxt öz AWP-si ilə məhz bu xəritədə istilənir. Daha bir rahat məqam odur ki, iki divar arasında botların bir tərəfdən o biri tərəfə qaçması üçün boşluq var. Bu funksiya, sizin reaksiyanızı yoxlamaq üçün hazırlanıb. Əvvəlki xəritədə olduğu kimi, burada da məşq metodu var. Siz mərkəzdə yerləşirsiz və ətrafınıza botlar yığılır, onlar həmçinin 2-ci mərtəbədə də ola bilər və hətta sizə atəş aça bilərlər.

 

Aim Botz

Bu xəritə müxtəlif səviyyəli oyunçuların məşqlərini əks etdirdiyi üçün siyahıdakı ən məşhurudur. Aim-Botz-un Steam-də 14 436 şərhi var - bu çox şey deməkdir. Siyahıda olan digər xəritələrə də bənzəyir, lakin bir çox fərqli funksiyaları var - botları ölməz hala gətirməkdən arenaya qutular əlavə etməyə qədər.

 

Training_aim_csgo2

Aim-inizi məşq etməyə ən çox yönəlmiş xəritədir. Burada məşq etmək istədiyiniz məsafəni seçib qarşınızdakı müxtəlif yerlərdə görünən nöqtələrə atəş aça, bununla da reaksiya və atış dəqiqliyini öyrədə bilərsiniz. Xəritə xoş rənglərdə hazırlandığı üçün məşq zamanı gözlərinizi yormur.

Digər Xəbərlər

Canlı Yayımımız

Canlı

Xəbər Lenti

Komanda P W D L Xallar
1 Kotyara 0 0 0 0 0
2 Kotyara 0 0 0 0 0
3 ALASGARLI29 0 0 0 0 0
4 RS_GAMERS 0 0 0 0 0
5 ZlionS 0 0 0 0 0

Ən Son Oyunların Nəticəsi

QARABAĞ AZƏRBAYCANDIR
2020-11-24 12:27:38

Lankaran Heroes

2

Khizi Mountains

0
QARABAĞ AZƏRBAYCANDIR
2020-11-24 11:08:55

Karabakh Horses

2

Balakhani Oilers

0

Bizim Partnyorlarımız