PUBG Mobile Dünya Çempionatında 6 milyon dollar mükafat fondu oynanılacaq

2021-07-26 13:57:56

PUBG Mobile Dünya Çempionatında 6 milyon dollar mükafat fondu oynanılacaq

 

Çinin Tencent Games şirkəti, 6 milyon dollar mükafat fondlu PUBG Mobile Global Championship 2021-i rəsmən elan etdi. Tədbir 2021-ci ilin noyabr ayından – 2022-ci ilin yanvar ayı tarixlərində baş tutacaq.

 

Tencent Games-in direktoru James Young-ın sözlərinə görə, təşkilatçılar hazırda çempionatın LAN-da keçirilməsi üçün "əllərindən gələni" edirlər, lakin buna görə hələlik heç bir zəmanət verilmir. Tədbir üçün bir neçə yer və saytın nəzərdən keçirildiyi məlumdur. Tencent-in ehtiyatlılığı, PMGC 2020-də bir neçə turnir iştirakçısının eyni anda pozitif koronavirus testləri alması ilə əlaqədardır. Bu səbəbdən, Dubaydakı Coca-Cola Arena-daki final əvəzinə, iştirakçılar otel otaqlarından yarışmalı oldular.

 

PMGC 2021, kiberidman tarixinin ən böyük turniri olacaq və mükafat fondu əvvəlki çempionatı üç qat üstələyəcək. Keçən il olduğu kimi, müsabiqə iki mərhələdə keçiriləcək. Əsas liqanın oyunları noyabr və dekabr aylarında oynanılacaq, final mərhələsi isə yanvarda baş tutacaq. Young-ın sözlərinə görə, şirkət turnir, slotlar və cədvəl barədə daha sonra ətraflı məlumat verəcək.

 

Digər Xəbərlər

Xəbər Lenti

Komanda P W D L Xallar
1 Shirvan Kings 19 10 3 6 33
2 Oghuz Tribes 19 6 5 8 23
3 Ucar Valleys 19 6 4 9 22
4 Khachmaz Fishers 19 5 3 11 18
5 Ismayil Cavanshir To. 19 5 3 11 18

Ən Son Oyunların Nəticəsi

Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş turnir.
2021-06-29 10:50:32

Solipsistics

2

Exit Frags

0
Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş turnir.
2021-06-29 10:50:32

Germanitas eSports

2

VIA Clan

0

Bizim Partnyorlarımız