Naxçıvan AT komandası "CS:GO - XV Milli Çempionatı"-ın qalibi oldu!

2021-08-04 13:10:46

Naxçıvan AT komandası "CS:GO - XV Milli Çempionatı"-ın qalibi oldu!

 

Turnir boyu əla səviyyəli oyun nümayiş etdirən komanda layiqincə birinci yeri tutdu. Onlar finalda Karabakh Horses ilə mübarizə apardılar.

 

İlk xəritə olan Inferno-da mübarizə baş tutmadı. Naxçıvan AT dərhal təşəbbüsü ələ alaraq ilk yarını 11-4 hesabı ilə bitirdi. Məsələ artıq həll edilmiş kimi görünürdü və onlar ilk xəritəni özlərinin xeyrinə bitirməkdə heçbir çətinlik çəkmədilər. Yekun hesab – 16-7.

 

İkinci xəritə, Mirage, bütün turnirin bəzəyinə çevrildi! Çox açıq mübarizə aparan Karabakh Horses komandası ilk hissəni 9-6 hesabı ilə üstün başa vurdu. İkinci hissədə vəziyyət gərginlik həddinə çatdı. Komandalar raundları davamlı olaraq bir-birlərinin xeyrinə dəyişirdilər. Lakin 14-14 hesabında, Karabakh Horses özlərini toparlayaraq, xəritəni öz xeyirlərinə sıxa bildilər. 16-14!

 

Üçüncü və həlledici xəritə Nuke idi. Burada, təəssüf ki, heç bir layiqli mübarizə olmadı və Naxçıvan AT komandası heçbir problem yaşamadan xəritəni götürərək, turniri qazandı.

 

Üçüncü yeri isə PbinCS komandası götürdü!

 

Digər Xəbərlər

Xəbər Lenti

Komanda P W D L Xallar
1 Shirvan Kings 19 10 3 6 33
2 Oghuz Tribes 19 6 5 8 23
3 Ucar Valleys 19 6 4 9 22
4 Khachmaz Fishers 19 5 3 11 18
5 Ismayil Cavanshir To. 19 5 3 11 18

Ən Son Oyunların Nəticəsi

Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş turnir.
2021-06-29 10:50:32

Solipsistics

2

Exit Frags

0
Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş turnir.
2021-06-29 10:50:32

Germanitas eSports

2

VIA Clan

0

Bizim Partnyorlarımız