PUBG MOBİLE YARIŞINDA DRAMATİK SONLUQ:  “DİRTY LEGENDS” TURNİRİN QALİBİ OLDU

2021-08-18 15:10:37

PUBG MOBİLE YARIŞINDA DRAMATİK SONLUQ: 
“DİRTY LEGENDS” TURNİRİN QALİBİ OLDU

“Gaming League Azerbaijan”ın təşkilatçılığı ilə ölkənin 32 ən güclü komandası «GLA PUBG Mobile» turnirində  mübarizə aparıb. 
Reqlamentə əsasən 32 komanda 4 qrupa bölünüb. Hər qrupda ən yaxşı nəticə göstərən 4 komanda final mərhələsinə vəsiqə qazanıb.
Maraqlı mübarizənin yekununda 150 xal toplayan “Dirty Legends” turnirin qalibi olub. 140 xal qazanan GMT komandası yekunda ikinci yerlə kifayətləndi. Üçüncü yeri isə  136 xalla “Max Main” tutdu. 
Qeyd edək ki, Final günündə 4 xəritə oynandı. Oyunda döyüşlər çox sıx keçdiyinə görə komandalar arasında böyük xal fərqi yaranmadı.  İlk xəritədə “We For Cycle” komandası əla bir oyun göstərməklə 15 öldürmə ilə birinciliyin ən yaxşısı oldu. İkinci xəritədə, ilk xəritəni qaçıran GMT komandası, 12 öldürmə ilə Top 1-də yerləşdi. Üçüncü xəritədə, Dirty Legends komandası da 12 öldürmə ilə hamını qabaqlayaraq birinci oldu. Dördüncü xəritədə GMT komandası, 13 öldürmə ilə yenidən TOP 1-ə daxil oldu.
 “Gaming League Azerbaijan”ın (GLA) təşkilatçılığı ilə keçirilən turnirin tərəfdaşları Gənclər və İdman Nazirliyi və Azərbaycan Kiber İdman Federasiyasıdır.
“Instagram” ünvanı: Glahub
“Youtube” ünvanı: Glahub

Digər Xəbərlər

Xəbər Lenti

Komanda P W D L Xallar
1 Shirvan Kings 19 10 3 6 33
2 Oghuz Tribes 19 6 5 8 23
3 Ucar Valleys 19 6 4 9 22
4 Khachmaz Fishers 19 5 3 11 18
5 Ismayil Cavanshir To. 19 5 3 11 18

Ən Son Oyunların Nəticəsi

Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş turnir.
2021-06-29 10:50:32

Solipsistics

2

Exit Frags

0
Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş turnir.
2021-06-29 10:50:32

Germanitas eSports

2

VIA Clan

0

Bizim Partnyorlarımız