"FİRELAND" ADLI YENİ KOMANDA TƏSİS EDİLDİ

2021-08-26 15:22:35

"FİRELAND" ADLI YENİ KOMANDA TƏSİS EDİLDİ
Gaming League Azerbaijan kiber idman üzrə "Fireland"-"Odlar Yurdu" adlı yeni komanda təsis edib. 
Yeni komanda özündə kiberidman üzrə ən güclü oyunçuları cəmləşdirib. "Fireland" komandası Rəhman Şamilov, Cavid Məmmədov, Orxan Hüseynli, Murad Novruzlu və Behbud Zeynalovla 1 illik müqavilə imzalayıb. Müqaviləyə əsasən komandadakı kiberidmançıların ümumi dəyəri 300 min manat təşkil edir. 

"Fireland" komandasının kapitanı Orxan Hüseynli yeni hədəflər barədə açıqlama verib: "Biz bütün məsuliyyəti dərk edirik. Qürurla ölkəmizi və bu adı xaricdə təmsil edərək qələbələr ilə fanatları sevindirəcəyik".

Gaming League Azerbaijan-nın yeni komanda yaratmaqda əsas məqsədi kiber idman üzrə yarışlarda rəqabət yaratmaqdır. Qeyd edək ki, Gaming League Azerbaijan 2019-cu ildə yaranıb. Əsas fəaliyyəti ölkədə kiber idman mədəniyyətinin inkişafı, kiberidman üzrə yerli və beynəlxalq turnirlərin keçirilməsidir. İki il ərzində GLA 40-dan çox yerli və 4 beynəlxalq turnirin təşkilatçısı olub.

Digər Xəbərlər

Xəbər Lenti

Komanda P W D L Xallar
1 Shirvan Kings 19 10 3 6 33
2 Oghuz Tribes 19 6 5 8 23
3 Ucar Valleys 19 6 4 9 22
4 Khachmaz Fishers 19 5 3 11 18
5 Ismayil Cavanshir To. 19 5 3 11 18

Ən Son Oyunların Nəticəsi

Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş turnir.
2021-06-29 10:50:32

Solipsistics

2

Exit Frags

0
Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş turnir.
2021-06-29 10:50:32

Germanitas eSports

2

VIA Clan

0

Bizim Partnyorlarımız