GMT komandası «GLA BAKU SUMMER CUP 2021» turnirinin qalibi oldu!

2021-09-01 17:57:58

GMT komandası «GLA BAKU SUMMER CUP 2021» turnirinin qalibi oldu!

 

Finalda Azərbaycan komandası Team Singularity üzərində 2-0 hesablı inamlı qələbə qazandı. GMT komandası ilk dəfə olaraq heyətində yeni oyunçu Miniboo ilə çıxış etdi. Beləliklə yeni üzv, əla oyun göstərərək, komandanın qələbəsində pay sahibi oldu.

İlk xəritə Haven idi. İnadcıl bir mübarizədə GMT əlavə vaxtda rəqibi sıxmağı bacardı.

İkinci xəritə isə Breeze oldu. Onu Singularity komandası seçdi. Burada artıq GMT oyunu asanlıqla öz əllərinə alaraq, inamlı hesabla qarşıdurmanın son xəritəsini də qazandı!

Nəticədə, Singularity ikinci yeri tutdu. EZ KATKA komandası isə 3-cü yer uğrunda görüşdə AIM ATTACK-ı məğlub edərək turnirin bürünc medalçısı oldu!

 

Digər Xəbərlər

Xəbər Lenti

Komanda P W D L Xallar
1 Shirvan Kings 19 10 3 6 33
2 Oghuz Tribes 19 6 5 8 23
3 Ucar Valleys 19 6 4 9 22
4 Khachmaz Fishers 19 5 3 11 18
5 Ismayil Cavanshir To. 19 5 3 11 18

Ən Son Oyunların Nəticəsi

Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş turnir.
2021-06-29 10:50:32

Solipsistics

2

Exit Frags

0
Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş turnir.
2021-06-29 10:50:32

Germanitas eSports

2

VIA Clan

0

Bizim Partnyorlarımız