Valorant üzrə Dünya Çempionatı Berlində keçiriləcək

2021-09-06 15:10:04

Valorant üzrə Dünya Çempionatı Berlində keçiriləcək

 

Riot Games, «VALORANT Champions 2021» üçün yeni məkanı təyin etdi. Bir çox söz-söhbətdən sonra şirkət turniri rəsmi olaraq Los-Ancelesdən Berlinə köçürdü. Təşkilatçıların dediyinə görə, yerin dəyişdirilməsinin əsas səbəbi koronavirus pandemiyası olub.

 

Riot Games təmsilçiləri, hal-hazırda beynəlxalq səyahətlər üçün Avropa siyasətinin turnir keçirməyə görə daha əlverişli və rahat olduğunu bildiriblər. Məhz Avropaya uçuşla əlaqədar «VALORANT Champions 2021» iştirakçılarının mümkün qədər az problemlə üzləşə biləcəyindən, təşkilatçılar turnirin Berlində keçirilməsinə qərar veriblər.

 

Qeyd etmək lazımdır ki, bir müddət əvvəl Riot Games, «League of Legends» üzrə Dünya Çempionatının Çindən Avropaya keçəcəyini də açıqlamışdı. İlkin məlumatlara görə,  «2021 World Championship» turniri də İslandiyada keçiriləcək, lakin təşkilatçılar bu barədə hələ rəsmi açıqlama verməyiblər.

«VALORANT Champions 2021» 2 dekabrdan 12 dekabradək Berlində LAN formatında keçiriləcək. Yarışa dünyanın hər yerindən 16 kollektiv qatılacaq. Bunların arasında, «VCT 2021: Stage 2 Masters - Reykjavik» turnirini qazanan «Sentinels» komandası da var.

 

Digər Xəbərlər

Xəbər Lenti

Komanda P W D L Xallar
1 Shirvan Kings 19 10 3 6 33
2 Oghuz Tribes 19 6 5 8 23
3 Ucar Valleys 19 6 4 9 22
4 Khachmaz Fishers 19 5 3 11 18
5 Ismayil Cavanshir To. 19 5 3 11 18

Ən Son Oyunların Nəticəsi

Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş turnir.
2021-06-29 10:50:32

Solipsistics

2

Exit Frags

0
Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş turnir.
2021-06-29 10:50:32

Germanitas eSports

2

VIA Clan

0

Bizim Partnyorlarımız