“Qarabağ atları” «”Qarabağ Azərbaycandır!” turnirinin qalibi oldu

2020-11-25 13:53:19

 

Ölkəmizdə kiberidmanın inkişafına dəstək olan “Gaming League Azerbaijan”ın təşkilatçılığı ilə “Counter-Strike: Global Offensive” üzrə daha bir turnir başa çatıb. Azərbaycan ordusunun şanlı qələbəsinə həsr olunan və “Qarabağ Azərbaycandır!” adlanan yarış gözlənildiyi kimi böyük marağa səbəb olub.

 

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Kiberidman Federasiyasıyla birgə təşkil olunan turnirdə ümumilikdə 8 komanda – “Lankaran Heroes”, “Qakh Berkuts”, “Qobustan Stones”, “Karabakh Horses”, “Shaki Khans”, “Balakhani Oilers”, “Khizi Mountains” və “Ganja Poets” iştirak edib. 

Həlledici görüşdə “Karabakh Horses” və «Balakhani Oilers» komandaları üz-üzə gəlib. Yekunda «Karabakh Horses» 2-0 hesablı qələbə qazanmaqla “Qarabağ Azərbaycandır!” turnirinin çempionu adına layiq görülüb.

“Gaming League Azerbaijan”ın (GLA) rəhbəri Adil Mahmudov mətbuata açıqlamasında turnirin yekun nəticələriylə bağlı danışıb: ““Qarabağ Azərbaycandır!” turniri gözləniləndən daha çox marağa səbəb oldu. Güzəştsiz rəqabət izlədik. Yeni nəsil gənclərdə kiberidmana olan yüksək maraq bizi çox sevindirir. Məhz buna görə də kiberidman həvəskarlarını yaxın günlərdə yeni yarışlarla sevindirəcəyik. Azərbaycanda kiberidman sürətlə inkişaf edir. Hər yarışda yeni iştirakçıların olması əhatənin genişləndiyini göstərir. “Gaming League Azerbaijan” Azərbaycan Ordusunun şanlı qələbəsinə həsr olunan yarışların təşkilinin ənənəvi hal almasına çalışacaq”.

“Counter-Strike: Global Offensive” oyunu haqqında

“Counter-Strike: Global Offensive” (CS:GO) – şuter janrında komanda kompüter oyunudur. Seriyanın digər oyunlarında olduğu kimi, CS:GO oyununda da geymerlər iki komandaya bölünür: terrorçular və xüsusi təyinatlılar. Oyunun qalibi komandaların raundlar seriyasında göstərdiyi nəticələr əsasında müəyyən olunur.

Dünyanın ən populyar kiberidman növlərindən olan “Counter-Strike: Global Offensive” oyununun ən nüfuzlu yarışmaları “Meycor” çempionatları (Major Championships) və “Blast Premier” turnirləridir. Əgər 2013-cü ildə keçirilmiş “DreamHack Winter 2013” turnirinin mükafat fondu 250 000 ABŞ dolları idisə, 2016-cı ildən bəri məbləğ artıq 1 000 000 ABŞ dolları təşkil edir.

CS:GO üzrə daha bir böyük turnir – “Blast Premier” Liqasının 2020-ci ildə baş tutan turnirinin ümumi mükafat fondu 4 250 000 ABŞ dolları təşkil edib.

Digər Xəbərlər

Canlı Yayımımız

Canlı

Xəbər Lenti

Komanda P W D L Xallar
1 Shirvan Kings 18 10 3 5 33
2 Ucar Valleys 18 6 4 8 22
3 Oghuz Tribes 18 5 5 8 20
4 Khachmaz Fishers 18 5 3 10 18
5 Ismayil Cavanshir To. 18 5 3 10 18

Ən Son Oyunların Nəticəsi

FIFA 21 "1-ci Divizion"
2021-01-14 22:29:53

Barda Knights

2

Kalbajar Wolves

1
FIFA 21 "1-ci Divizion"
2021-01-14 22:29:53

Goychay Pomegranates

3

Lankaran Heroes

0

Bizim Partnyorlarımız