NaVi: Kirdən padşahqlıqa doğru

2020-11-27 14:58:59

Kirdən padşahqlıqa doğru

Ukraynanın populyar Natus Vincere idman təşkilatı NaVi adı altında gizlənir. Bu gün təşkilata bir sıra kiberidman növünü təmsil edən komandalar daxildir:

• CS:GO

• Dota 2

• Rainbow Six

• Apex Legends

• PUBG

 

Bu cür geniş bir təşkilatın kökündə iki nəfər dayanmışdı. Bu, Qazaxıstan Respublikasından olan bir oyunçu və iş adamı - Murat "Arbalet" Zhumaşeviç və ortağı - Sergey "starix" Işuk-dur. Məhz onların səyləri sayəsində 2009-cu il ən təcrübəli CS:GO komandalarından birinin doğum tarixinə çevrildi. Sergey "starix" Işuk uzun müddət komandanın bir simvolu olmuşdur. Oyunçu nəticələrinin ürəkaçmayan olduğunu hiss etdikdə, köhnə nailiyyətlərindən asıllı vəziyyətdə qalmadı. 2020-ci ilin sentyabr ayına qədər müvəffəqiyyətlə yerinə yetirdiyi məşqçi funksiyasını öz üzərinə götürdü. 

 

Böyük uğurların başlanğıcı

Natus Vincere komandasının adının latın dilindən hərfi tərcüməsi “qazanmaq üçün doğulmuşlar” mənasını verir.  Natus Vincere'nin rəsmi doğum günü 18 dekabr 2009-cu ildir. CS komandasının sütununu Ukraynanın KerchNET komandasının üzvləri qurub. 

Yeni komanda adını “Arbalet UA” sponsorunun şərəfinə aldı.  Bu zaman Murat "Arbalet" Zhumaşeviç komandaya çox sərmayə yatırmışdı.  O, turnirlərdə iştirakın bütün xərclərini ödəyirdi və oyunçulara layiqli və sabit maaş verirdi.  Komanda eyni zamanda Xarkovdan İvan "Edvard" Suxarevi, Dnepropetrovskdan Egor "Markeloff" Markelovu və Daniil "Zeus" Teslenkonu dəvət etməyi bacardı.  Komandanın iştirak etmək qərarına gəldiyi ilk rəsmi turnir onlara məyusluq gətirdi - “Arbalet UA” rəqabətə dözə bilmədi.

Kollektivin birgə qərarına əsasən, “komanda üzvlərini dəqiq başa düşmə və təcrübə” taktikasını yaxşılaşdırmaq üçün növbəti turnirdən imtina edildi. Bu qərar öz bəhrəsini verdi. 2010-cu ilin yazında “Arbalet UA” İsveçdəki nüfuzlu yarışın finalına çıxdı. Finalda onlar qarmaqarışıq bir döyüş göstərməyi bacardılar, amma əvvəlkindən daha təcrübəli idilər, və buna görə də qələbəni davam etdirə bildilər.

Buna baxmayaraq, on min dollar pul mükafatı "Natus Vincere" nin hesabına köçürüldü. Və komanda artıq davamlı olaraq NaVi adlandı.  2010 qələbələr üçün məhsuldar bir il oldu.  Komanda 12 dəfə fəxri kürsüyə qalxdı, bunlardan 8-ində isə birinci yeri tutdu.

 

ESWC də qələbə və qızıl “het-trik”

NaVi'nin ən əhəmiyyətli müvəffəqiyyəti oyun nəhəngi Electronic Arts-ın ev sahibliyi etdiyi CS: GO Dünya Kuboku - Elektron İdman Dünya Kubokunda oldu. Ukraynalıların göstərdikləri yaxşı nəticələri onların turnirdə iştirak etməyinə imkan yaratdı. Reytinqdə birinci yeri SK Gaming, fnatic və mTw.dk bölüşdürdülər.

Dünya Kuboku komanda üçün ağır döyüşlər ilə başladı. Amma komanda tədricən irəliləyirdi. Pley-off mərhələsində Navi komandasının təhlükəli rəqibi var idi. Rəqib komanda finala yüksək reyinqli komandaları məğlub edərək çatmışdı. Gözləntilərə baxmayaraq final oyunu çətin olmadı. İnferno və Train xəritələrində Navi komandası rəqiblərinə 5-dən çox bal yığmasına icazə vermədi.

Bundan sonra Navi özünəməxsus qızıl “het-trikə” imza atdı. Bir il ərzində onlar IEM, ESWC və WCG kimi titullarının sahibi oldular. Bu cür nailiyyətləri hələki MDB ölkələrindən heç bir komanda əldə edə bilməyib.

İlk mövsüm uğurla başa çatdı. Bir il üçün toplanan mükafat pulunun sayı Avropada ən böyük məbləğ olduğunu ortaya çıxardı. Ukrayna komandası ilk dəfə olaraq uğurlu komandalar siyahısına başçılıq etdi.

 

Tənəzzül və yenidən doğuş

NaVi'nin uğurlu performansı 2016-cı ilə qədər davam etdi. Sonra nəticələr kəskin şəkildə pisləşdi. Komanda böyük turnirlərin pley-off mərhələsinə belə çıxa bilmədi. Klub rəhbərliyi yeni, gənc istedadları cəlb etməkdə israr etdi. Komandanı birinci tərk edən Daniil "Zeus" Teslenko oldu. Əslində, onun vəzifəsinə çoxdan əvəz axtarılırdı. Bu əvəzin Aleksandr "s1mple" Kostılyov olduğu ortaya çıxdı. Bu cür əvəzetmə mükəmməl idi. Aleksandr, komanda hərəkətinə uyğunlaşmağı bacardı və ESL One: New York 2016 turnirində uğur qazandı. Turnir boyunca planetin ən güclü komandalarını məğlub edərək böyük çətinliklə turnirdə qələbə qazandılar. 

Aleksandr "s1mple" Kostılyov turnirin ən yaxşı oyunçusu seçildi. Hesab olunurdu ki, istedadlı gənc oyunçuların bir araya gəlməsi və təcrübəli oğlanların təməli əla nəticələr verəcəydi. Amma ki, reallıq çox pis oldu. 2017-ci il uğursuzluqla yadda qaldı. 

Rəhbərlik, adi üslubda, "zəif bəndi" axtarmağa başladı. Nəticədə slovakiyalı GuardiaN komandanı tərk etdi. Ancaq işlər o qədər pis getdi ki, komanda Daniil "Zeus" Teslenkodan yenidən kömək istəməyə məcbur oldu. O narahat olmadı və doğma klubundan kömək istəyinə müsbət cavab verdi. Kapitan olduqdan sonra Daniil dərhal özünə əvəz axtarmağa başladı. Çünki o yalnız bir mövsümlük gəlmişdi. 

Zeusun əvəzini məşhur Kirill 'Boombl4' Mixaylov (Bumıç) aldı. Zeus komandanın kapitanlıq və liderlik vəzifələrini ona ötürdü. Pazl toplandı və zəfərlər kluba yenidən qayıtdı. 2018-ci ildə NaVi üç titul aldı və dörd dəfə finalda oynadı. 

Aleksandr "s1mple" Kostılyov füsunkar oyun nümayiş etdirməyi bacardı. İl ərzində beş dəfə turnirin ən yaxşı oyunçusu seçilərək, nəticədə 2018-ci ilin ən yaxşı oyunçusu seçildi. 

2019 olduqca yaxşı başladı – NaVi komandası IEM Katowice Major 2019 Dünya Çempionatının yarımfinalına çıxdı. 2019-cu ilin yazı, StarSeries & i-League Sezon 7 turnirindəki qələbə və 250.000 dollar mükafatla başlasa da, sonra komanda üçün qara zolaq başladı. Uğursuzluqlar ard-arda gəlirdi. Komanda cəmləşib öz oyununu tapa bilmirdi. Yarımfinala yüksəlməyi bacardıqları nüfuzlu ESL One Cologne 2019 turnirindəki çıxış azarkeşlərə ümid verdi. Bu, NaVi azarkeşlərinə qarşıdakı Starladder Berlin 2019 Dünya Kuboku ərəfəsində bir ümid işığı verdi. Ancaq elə qrup mərhələsində ümidlər puç olmağa başladı. “Qalib gəlmək üçün doğulmuşlar” dörddəbir finala yüksəlməyi bacarsalar da, kifayət qədər orta reytinqli komandaya - NRG ESports-a məğlub oldular.

2019-cu ildəki uğursuzluqların ən pik nöqtəsi BLAST Pro Series: Moscow 2019 turniri idi. Komanda qrup mərhələsində çox pis oynadı və turnirdən şanssız vəziyyətdə ayrıldı. Nəticədə kapitan Daniil "Zeus" Teslenko komandanı həmişəlik tərk etdi. Onun oyun vəziyyətini itirdiyi və komanda yoldaşlarına müntəzəm qışqıraraq komandaya yalnız qarışıqlıq və mənəviyyatsızlıq gətirdiyi açıq aşkar göz qabağında idi. Boombl4, gözlənildiyi kimi kapitanın yerini aldı və GuardiaN snayper vəzifəsinə qayıtdı.

GuardiaN-ın gəlişindən sonra oyun bir az yaxşılaşdı, amma ümumilikdə qeyri-müəyyənlik müşaidə olunurdu və oyunçu GuardiaN oyunun optimal səviyyəsinə çata bilmədi. Nəticədə, 2019 EPICENTER 2019 CS: GO turniri qeyri-müəyyən performansla başa çatdı və GuardiaN komandadan ayrıldı. Lakin komandanın uğursuz oyunlarına baxmayaraq, S1mple yenə də 2019-cu ilin sonunda yekun sıralamada 2-ci yeri tutaraq planetin ən yaxşı CS: GO oyunçularından birinin olması adını təsdiqlədi. 

2020-ci ilin əvvəlində Syman'dan NaVi'nin əsas komandasına gənc və perspektivli İlya ‘Perfecto’ Zalutski gəldi. Komandanın çıxışı qış fasiləsindən sonra yeni rənglərlə oynamağa başladı. Londonda ilk ciddi turnirdə GG.Bet Ice Challenge 2020-də finala çıxmağı bacardı və 2-ci yeri tutdu. NaVi-nin oyununun daha təravətli və əyləncəli olduğu aydın görünürdü və hər matçda performans getdikcə artırdı. Nəticədə, küldən yenidən qalxan Phoenix üslubunda keçirilən IEM Katowice 2020 turnirində qələbə qazanıldı. Gənclər bəzi problemlərlə A qrupundakı alt qrupdan pley-offa çıxmağı bacardılar, ancaq pley-offda tamaşaçıların qarşısına yeni və ehtiraslı bir komanda - Natus Vincere çıxdı. "Qalib gəlmək üçün doğulmuşlar" rəqiblərinin üstündən elə bil ki konki sürürdü. Team Liquid, ulduz Astralis və G2 komandaları final matçında quru hesabla məğlubiyyətə uğradılar. Möhtəşəm qələbəni pozan yeganə məqam COVID-19 pandemiyası idi – və bunun nəticəsi olaraq, final tamaşaçısız keçdi.

2020-ci ilin yazında bir sıra onlayn turnirlər başladı. Başlanğıcda, NaVi bu turnir formatına uyğunlaşmaqda çətinlik çəkdi, ancaq butkemp formatında toplanmaq fürsətindən sonra oyun yaxşılaşdı, lakin problemlər eyni vəziyyətlə qalmağa davam edirdi. 

NaVi, ESL One: Rio to Road, DreamHack Masters Spring 2020-də zəif çıxış etdi və BLAST Premier: Spring 2020 turnirini yaxşı nəticə ilə başa vurdu. 

2020-nin may ayının sonunda Gamers Without Borders 2020 xeyriyyə turnirini yenmək mümkün oldu. İyun ayının sonunda isə WePlay! Clutch Island-da birinci yeri tutaraq 2000 RMR reytinq xalı toplamağı bacardılar.

ESL One Cologne 2020 yenidən uğursuz oldu. Ancaq son turnir ESL Pro League Sezon 12 tamaşaçılara bir çox unudulmaz emosiyalar yaşatdı. NаVi, A qrupunda birinci yeri tutaraq turnirə güclü və parlaq şəkildə başladı, daha sonra üst qrupdan finala itkisiz keçməyi bacardı və final matçı üçün 1 xəritəli “handicap”, yəni üstünlük əldə etdilər.

Finalda NaVi-nin rəqibi pley-off mərhələsində tarazlığı saxlaya bilən Astralis komandası idi. NaVi üçün final mümkün qədər yaxşı başladı - 16:12 hesabı ilə Astralis'i Dust 2-də məğlub etdilər. NaVi hesab edirdi ki, qələbə artıq onun cibindədir. Ancaq sonra oyun tədricən nəzarətdən çıxmağa başladı.

Əvvəlcə NaVi 2-ci xəritəni əldən verdi, amma onu əldə saxlamaq üçün çox şans var idi, lakin kritik vəziyyətlərdə Astralis ağlasığmaz oyun göstərdi və nəticədə hesab 2-1 oldu. Sonra komandalar Train xəritəsində oynadılar (NaVi-nin pik nöqrəsi). İlk yarıda 13-2 hesabı ilə məğlub olduqdan sonra NaVi parlaq bir geri dönüş etdi və xəritəni əlavə vaxta keçirməyi bacardı. Mənəvi üstünlüyün tamamilə NaVinin tərəfində olduğu görünürdü. Buna baxmayaraq, Astralis özünü ələ almağı bacardı və əlavə vaxtın ikinci hissəsində (19-22) qələbəyə nal olmağı bacardı.

4-cü xəritə - Overpass (Astralis-in pik nöqtəsi) həlledici oldu. Bu xəritədəki oyunun statistikasını nəzərə alsaq, NaVi-yə qalib gəlmək şansının çox az olduğu aydın idi. Nəticədə, heç bir xüsusi çətinlik çəkmədən Astalis xəritəni 11-16 hesabı ilə bitirdi və turnirdə layiqli qələbə qazandı. 

Önümüzdəki günlərdə NaVi, IEM New York 2020 turnirində MDB bölgəsində döyüşməyə başladı və artıq ilk qələbəsi ilə azarkeşləri sevindirdi.

Digər Xəbərlər

Canlı Yayımımız

Canlı

Xəbər Lenti

Komanda P W D L Xallar
1 Shirvan Kings 18 10 3 5 33
2 Ucar Valleys 18 6 4 8 22
3 Oghuz Tribes 18 5 5 8 20
4 Khachmaz Fishers 18 5 3 10 18
5 Ismayil Cavanshir To. 18 5 3 10 18

Ən Son Oyunların Nəticəsi

FIFA 21 "1-ci Divizion"
2021-01-14 22:29:53

Barda Knights

2

Kalbajar Wolves

1
FIFA 21 "1-ci Divizion"
2021-01-14 22:29:53

Goychay Pomegranates

3

Lankaran Heroes

0

Bizim Partnyorlarımız