2 nəfərlik Playstation 4

2020-11-30 16:53:35

 

Bir çox insan Playsation 4-ü Uncharted və The Last of Us kimi ekslüzivləri keçmək üçün əldə edirlər. Bu oyunları keçmək, gözəl vaxt sərf etmək deməkdir. Ancaq bir dostunuz sizə qonaq gəlsə, o yalnız sizin oyununuzu izləməli olacaq və ya siz onu izləyəcəksiniz. Belə halda, birlikdə oynamağa uyğun olacaq oyunlara ehtiyacınız olacaq.

 

Hidden Agenda

Tək oyunçulu Until Dawn-ın yaradıcıları Hidden Agenda oyununu ona bənzər yaradıblar. Baş qəhrəman, Təqibçi ləqəbli qatilin işini araşdırmaqla məşqul olan bir detektivdir. Dəyişiklik fərqli sonluqlara səbəb olur və dinamik səhnələr bir xarakterin sağ qalıb-qalmamağına qərar verir. Bu oyunda iki kooperativ rejim mövcuddur: hekayə və rəqabət. Birinci halda, dostlarınızla bir-birinizlə bağlı sualları cavablandıraraq araşdırma aparırsınız. Rəqabət rejimi üçün isə Hidden Agenda tətbiqetməsini telefonunuza yükləməlisiniz. Bu tətbiqetmə vasitəsi ilə oyunçulardan biri gizli bir hədəf alacaq, hansını ki qalanlarından gizli şəkildə yerinə yetirilməlidir.

 

Wipeout Omega Collection

Wipeout Omega Collection yarış seriyası üç oyundan ibarətdir: Wipeout HD, WipEout HD: Fury və WipEout 2048. Bu oyunda adi maşınlar əvəzinə qeyri adi, futuristik, uçan və silahla təchiz olunmuş maşınlar mövcuddur. Trassalar qəfil dönüşlərdən, tunellərdən, başgicəlləndirici döngələrdən və tramplinlərdən ibarətdir. Hər şey böyük sürətdə baş verir, və oyunçuya ancaq çevik reaksiya vermək qalır. Online oyunda səkkizədək oyunçu iştirak edə bilər, və hətta eyni ekranda birlikdə oynamaq imkanı da var.

Gran Turismo Sport

Gran Turismo avtomobil simulyatorunun ilk hissəsi 1997-ci ildə PlayStaion-da buraxıldı. O vaxtdan bəri oyunun seriası inkişaf etməyə davam etdi və oyunun avtoparkı real həyatda olan avtomobillərin modelləri ilə genişləndi. GT Sports, bəzi tarixləri qeyd etmək üçün gündəlik yarışları və tədbirləri ilə sadə bir multiplayerə sahibdir. "Qrup oyunu" rejimində eyni ekranda ikiniz oynaya bilərsiniz.

Mortal Kombat 11

İki nəfərlik oyunlar haqqında bəhs edərkən bu döyüş oyununu unutmaq olmaz. Oyun, döyüşmək üçün müxtəlif kombinasiyalardan istifadə etməyi bacara biləcək iki oyunçu üçün nəzərdə tutulmuşdur.

DC Comics-i sevənlər üçün Mortal Kombat-dan tanış və sevilən bir çox xüsusiyyəti özündə saxlayan İnjustice 2 mövcuddur. Buna baxmayaraq, əfsanəvi Tekken oyun seriasını da unutmaq olmaz.

Crash Team Racing Nitro-Fueled

Crash Team Racing'in 1999-cu ildə yenidən qurulması yüksək mürəkkəbliyi və əyləncəli atmosferi özündə qoruyub saxlayır. Bu, rəqiblərinizdən finiş xəttinə daha sürətli getməli və yol boyunca maneələrlə toqquşmalardan ehtiyatla qaçmalı olduğunuz bir yarış oyunudur. Yolda səpələnmiş, qəhrəmanını sürətləndirə biləcək və rəqibləri ləngitməyi mümkün edən bonuslar var.

Multiplayer oyunu bir ekranda dörd nəfərə qədər oyunçu sayını dəstəkləyir. Bir ekran üçün müəyyən əşyalar toplamağınız lazım olan tək yarışlar, döyüş arenaları və vaxtı müəyyən edilmiş yarışlar var. Bu oyunda süni zəkanı söndürmək də mümkündür.

Digər Xəbərlər

Canlı Yayımımız

Canlı

Xəbər Lenti

Komanda P W D L Xallar
1 Shirvan Kings 18 10 3 5 33
2 Ucar Valleys 18 6 4 8 22
3 Oghuz Tribes 18 5 5 8 20
4 Khachmaz Fishers 18 5 3 10 18
5 Ismayil Cavanshir To. 18 5 3 10 18

Ən Son Oyunların Nəticəsi

FIFA 21 "1-ci Divizion"
2021-01-14 22:29:53

Barda Knights

2

Kalbajar Wolves

1
FIFA 21 "1-ci Divizion"
2021-01-14 22:29:53

Goychay Pomegranates

3

Lankaran Heroes

0

Bizim Partnyorlarımız