MMORPG janrının problemləri

2020-12-03 14:29:52

 

Bu məqalədə son minillikdə yaranan və 2000-ci illərin ortalarında populyarlığının pik həddinə çatan janr problemlərindən bəhs olunur, hansıki indi səssizcə sadəcə olaraq tarixə çevrilir.

 

World of Warcraft

Bir çoxlarının sevimlisinə çevrilən, bu janrın populyarlığının pik nöqtəsini onunla bir yerdə yaşayanlar indi elə də yaxşı vaxta düşmədiklərini anlayırlar. Oyun sənayesi dəyişir və hər gün janrın əsas fikir və prinsiplərindən getdikcə uzaqlaşan yeni meylləri özündə cəmləşdirir. İllər keçir və oyun auditoriyası dəyişir.

2000-ci illərin əvvəllərində bir çox developerlər dövrün böyük gəlir gətirən populyar janrının "hipe" qatarına atlanmağa çalışdılar və çox pul və insan resurslarını boş yerə sərf etdilər. Çoxlarının taleyi bu relslərin kənarında qaldı, amma buna nail olanlar da var. Bu janr inkişaf etmişdir və World of Warcraft, Lineage II, və s. kimi bir çox oyun inkişaf etmiş, daha da yaxşılaşdırılmış, yeni mexanikada təqdim edilmişdir. Rəqabət sayəsində bu janrın hər pərəstişkarı öz zövqünə uyğun bir layihə tapa bildi.

Ancaq 2010-cu ilin əvvəllərində, artıq öz növlərinin mastodonlarına çevrilmiş oyunların çoxu diqqətdən düşməyə başladı. Janrın özünəməxsusluqlarına görə, içərisindəki yeniliklərin miqdarı və keyfiyyəti azalmağa başladı. Janr insanların bir-biri ilə qarşılıqlı əlaqəsini və birlikdə macəralarını nəzərdə tuturdu. Ancaq 10 ildir ki, insanlar adi monoton basqınlar, mühasirələr və döyüş sahələrindən bezdilər. Getdikcə əksər insanlar daha sürətli, daha konsentrasiyalı oyuna yönəldi və sənaye daha çox seçim təklif etməyə başladı. Çoxları eyni basqınlara, mühasirələrə və digər mexanikalara hazırlaşmağdan artıq bezməyə başladı. Oyunçunu inkişaf etdirmək də ayrıca bir əziyyət idi. Məsələn, Lineage II oyunu istisna olmaqla bir çox oyunlarda əsas məzmun oyunçunu inkişaf etdirmək üzərində qurulurdu. Getdikcə daha çox insan sessiya seanslarına cəlb olundu və bir vaxtlar sevdikləri layihələrdən ayrıldı. Oyunlarının oyunçular sayının azalma səbəbiylə, studiyaların gəliri də azaldı və nəticədə inkişafa daha az pul xərcləməyə başladı, bu da yeni fikir və mexanika sayının azalmasına səbəb oldu.

Hər gün oyunlarda daha çox məzmunun olması səbəbindən, janrın populyarlığının zirvəsində görünən yeni bir problem ortaya çıxdı. Developerlər maksimal səviyyəni çoxaldaraq və yeni əlavetmələri tətbiq edərək oyunçuların oyuna olan marağını azaltdı. Və onlar başa düşülə bilər, çünki onsuz da təcrübəli oyunçuların axınına qoşulmaq və məzmunu birlikdə mənimsəməyə başlamaq üçün oyun yaradılanda birlikdə oynamağa başlamaq lazım idi.

Oyunun çox çətin mərhələlərini ram edib istədiyin şeyə sahib olmaq məntiqi bir çox yeni oyunçuları maraqdan saldı. Bir problemi digərinin üstünə qoyan bu janr hal-hazırdaki çıxılmaz vəziyyətə yavaş-yavaş yaxınlaşdı. Yeni oyunçular demək olar ki, heç oyuna qoşulmurdular və hər gün köhnə oyunçuları darıxdırıcı mexanika ilə oyunda saxlamaq getdikcə çətinləşirdi. Yeni mexanika getdikcə daha az yaranır və tez-tez janr kanonlarından uzaqlaşaraq daha çox məzmun yaradır, və onun keçidi ən bir sosial qarşılıqlı əlaqə tələb etmir. Bu, orijinal janr konsepsiyasına tamamilə zidd olan cəhətdir.

Digər Xəbərlər

Canlı Yayımımız

Canlı

Xəbər Lenti

Komanda P W D L Xallar
1 Shirvan Kings 18 10 3 5 33
2 Ucar Valleys 18 6 4 8 22
3 Oghuz Tribes 18 5 5 8 20
4 Khachmaz Fishers 18 5 3 10 18
5 Ismayil Cavanshir To. 18 5 3 10 18

Ən Son Oyunların Nəticəsi

FIFA 21 "1-ci Divizion"
2021-01-14 22:29:53

Barda Knights

2

Kalbajar Wolves

1
FIFA 21 "1-ci Divizion"
2021-01-14 22:29:53

Goychay Pomegranates

3

Lankaran Heroes

0

Bizim Partnyorlarımız