Fortnite: eyni PUBG, yalnız profildə

2020-12-10 20:03:39

 

“Battle Royale” ilin əsas trendidir. Milyon dollarlıq satışlar, həddən artıq onlayn sayı, yüksək səviyyəli Steam və Twitch reytinqləri. Elə hiss yaranır ki, tezliklə onları hətta kvestlərə belə əlavə edəcəklər. Janrın nümayəndələri artıq kompüterləri və konsolları zəbt etmiş, tədricən iOS və Android cihazlarını da ələ keçirmişlər.

 

Çoxları üçün bu janr ilk multiplayer “shooter” görünüşü ilə müqayisə edilə bilən bir möcüzə oldu. Qalanları üçün isə MOBA və "tanklar" kimi həmişəki onlayn oyunlara alternativ varianta çevrildi.

Matç sizi və digər 99 oyunçunu isti hava balonunda uçan məktəb avtobusundan bir adanın üstünə atması ilə başlayır. Enişdən sonra oyunçular çaşqınlıqla silah və digər avadanlıq axtarır, rəqiblərin və ya ölüm halqasını tədricən sıxan "fırtınanın" qurbanı olmamağa çalışırlar. İlk baxışdan bu - eyni PUBG oyunudur, yalnız daha parlaq versiyada. Ancaq iki layihənin qeyd-şərtsiz oxşarlığı ilə fərqlər yalnız kosmetik deyil. Artıq eniş mərhələsində oyundakı yeganə xəritənin rəqibin xəritəsindən daha balaca olduğu aydın olur. Amma, PUBG-də olduğu kimi, bu oyunda da çoxlu sayda oyunçu var. Buna görə, virtual məkanın hər kvadrat metr konsentrasiyası daha yüksəkdir, oyunlar daha qısadır və atəş daha erkən başlayır. Düzdür, bu Fortnite-ı "kral döyüşləri"-nin əsas problemindən xilas etmir. Bu problemin adı tempdir. Sarsıntı, ürək xəstəsinin kardioqrammasına bənzəyir. Bu, bütün multiplayer “shooter”-lərinə xasdır, amma burada bəzən əyləncəli həddi aşılır. Beş dəqiqə yaşıl çəmənliklərdə qaça və təmizlənmiş evlərdə ən azından faydalı bir şey tapmağa çalışa bilərsən, sonra birdən-birə alnın bir güllə ilə toqquşa, snayper atışının qurbanı ola bilə və ya ani ölümlə başqa bir oyunçunun qurduğu tələyə girə bilərsən.

Ancaq tələlər oyunçuların bir-birini xoşbəxt edə biləcəyi tək sürpriz deyil. Fortnite-ın əsas xüsusiyyəti tikintidir. Bu seçim həm atıcılar, həm də “kral döyüşləri” üçün tipik deyil. Taxta, daş və polad kimi tikinti materialları sözün əsl mənasında bir qazma aləti ilə əldə edilə bilər. Oyunun əvvəlindən istifadəsi mümkün olan qazma aləti ağacları və avtomobilləri asanlıqla tikinti materialına çevirir. Çıxarılan mənbələr dərhal bir şey hazırlamağa imkan verir. Tikinti üçün ən açıq istifadə üsulları: açıq ərazidə bir möhkəm qala ucaltmaq, düşmən qarşısında bir divar yaradmaq və ya daha yüksəklərə qalxmaqdır. Onsuzda nəticədə, matçın ortalarına yaxın "sıx" yerlər əyri daxmalarla dolu olur.

Bir memar kimi istedadınızı nümayiş etdirmək fürsəti əlbətdə ruhlandırıcıdır. Ancaq bu istedad əsasən kağız üzərində tələb olunur. Praktikada isə daim bunu unudursan. Hərəkətə gəldikdə isə, bu qarışıqlıqda çaşqın qalmaq bundan faydalanmaqdan daha asandır. Beləliklə, hər kəsin özü üçün savaşmalı olduğu ənənəvi bir oyunda, təcrübəsiz oyunçu üçün inşaat akademik maraq doğurur. Konstruktorla əlləşib-vuruşmağı sevənlər üçün isə "dinc" sandbox rejimi mövcuddur.

Döyüşməyi sevənlər üçün oyunda bir çox silah var və bunlar fərqlidir: cüt lüləli silahlardan tutmuş idarəolunan raketlərə qədər. Yaxın məsafələr üçün bir silah daha yaxşıdır, uzun məsafələr üçün isə digər silah. Hər silah yalnız öz patronlarını istehlak edir. Ölüm alətlərinin dəyəri nadirliyi ilə müəyyən edilir - rəng kodlaması ilə. Eyni zamanda real ballistika, “upgrade” və digər taktiki dəyişiklikləri gözləməyə bilərsiz.

Fortnite-ın fəlsəfəsi sadəlikdir. Silah və qalxan kimi köməkçi əşyalar üçün inventarda 5 dənə yer nəzərdə tutulub. Zireh interfeysdə mücərrəd mavi zolaqla əks olunur. Heç bir şeyin yaxşılaşdırılmasına ehtiyac yoxdur. Oyundakı qənimət parlayır və kənd diskotekası kimi səs-küy saldığı üçün onu qaçırmaq olmur. Burada uzanmaq da olmur - yalnız oturaq vəziyyəti almaq olar. Burada “Action” hərəkətindən rahatlaya və zövq ala bilərsiniz.

Oynamağa başlamaq üçün oyunu yükləməlisiniz. Bir uşaq belə idarəetmənin əsas qaydalarını və əsaslarını asanlıqla anlaya bilər. Bu oyunda boz-qəhvəyi qamma və realizmə olan iddiaların yerinə minimum şiddət və çoxbucaqlı rəngli bir cizgi filmi görmək mümkündür.

Oyun pulsuz paylanır. Bu oyunda pul ilə yalnız kosmetik materiallar satışına rast gəlmək olar.

Digər Xəbərlər

Xəbər Lenti

Komanda P W D L Xallar
1 Shirvan Kings 19 10 3 6 33
2 Oghuz Tribes 19 6 5 8 23
3 Ucar Valleys 19 6 4 9 22
4 Khachmaz Fishers 19 5 3 11 18
5 Ismayil Cavanshir To. 19 5 3 11 18

Ən Son Oyunların Nəticəsi

Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş turnir.
2021-06-29 10:50:32

Solipsistics

2

Exit Frags

0
Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş turnir.
2021-06-29 10:50:32

Germanitas eSports

2

VIA Clan

0

Bizim Partnyorlarımız