
Yarışda Azərbaycanla yanaşı Gürcüstan, Ukrayna, Özbəkistan təmsilçiləri də iştirak edəcək. Turnirdə hər ölkə iki komanda ilə təmsil olunacaq. Turnirə yalnız ölkələrinin milli seçmə turnirinin qalibləri qatılacaq. Dekabrın 24-də başlayacaq yarış 5 gün davam edəcək.
Sizə yarışın promo videosunu təqdim edirik:
Yarışı canlı izləmək üçün:
Twitch: glahub
“Instagram” ünvanı: Glahub
2019-cu ilə qədər olan statistikalara görə, 400 milyondan artıq insanın marağını qazanan kiber idman sahəsi bu gün də öz populyarlığını artırmağa davam edir. Kiberidman oyunları test oyun olaraq 2022-ci ildə baş tutacaq 19-cu Asiya Oyunlarına daxil edilib.
Azərbaycanda isə 2019-cu ildə yaranıb, kiberidman turnirləri həyata keçirən “Gaming League Azerbaijan” (GLA) bugünədək 10-dan çox (14) kiber idman çempionatı həyata keçirib. Kiber idman mədəniyyətini inkişaf etdirmək məqsədi ilə yaradılan bu şirkətin prioritet məqsədləri arasında Azərbaycanda beynəlxalq səviyyəyə qədər kiber idman üzrə oyunların inkişaf etdirilməsi və Azərbaycanda həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün bütün lazımi şəraitin yaradılması daxildir.
Komanda | P | W | D | L | Xallar | |
---|---|---|---|---|---|---|
1 |
![]() |
18 | 10 | 3 | 5 | 33 |
2 |
![]() |
18 | 6 | 4 | 8 | 22 |
3 |
![]() |
18 | 5 | 5 | 8 | 20 |
4 |
![]() |
18 | 5 | 3 | 10 | 18 |
5 |
![]() |
18 | 5 | 3 | 10 | 18 |