YENİ İLDƏ KİBERİDMAN ÜZRƏ MÖHTƏŞƏM LAYİHƏLƏR OLACAQ

2021-01-02 18:43:54

 

Ölkəmizdə kiberidmanın inkişafına dəstək olan “Gaming League Azerbaijan” (GLA) 2020-ci ilin yekunlarıyla bağlı məlumat yayıb.

 

Başa çatmaqda olan 2020-ci ildə “Gaming League Azerbaijan” kiberidman həvəskarlarını yeni layihələrlə sevindirib. Eyni zamanda digər ölkələrdə kiberidmanın inkişafı naminə çalışan təşkilatlarla əlaqələr genişləndirib.

“Gaming League Azerbaijan”ın direktoru Adil Mahmudov 2020-ci ilin yekunları barədə bunları deyib: “Bu il Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm qələbəylə yadda qaldı. Buna görə bizim üçün ən mühüm yarışlardan biri Azərbaycan Kiberidman Federasiyasıyla birgə təşkil etdiyimiz “Xarı Bülbül” beynəlxalq turniri oldu. Yarışın təşkilati işlərini həll etməkdən ötrü vaxtımız çox qısa idi. Bununla belə Gürcüstan, Ukrayna və Özbəkistan təmsilçilənin turnirdə iştirakına müsbət cavab alındı. Tarixi qələbədən sonra “Qarabağ Azərbaycandır!” adlı keçirilən yarışımız böyük marağa səbəb oldu.

Eyni zamanda il ərzində  “COUNTER STRİKE”: “GLOBAL Offensive, FİFA 2020, PUBG MOBİLE və digər oyunlar üzrə müxtəlif yarışlar baş tutub. PUBG MOBİLE yarışında 512-dən artıq komanda, ümumilikdə 1024 iştirakçının mübarizə aparması yüksək göstəricidir. 2020-ci il Azərbaycanda kiberidmanın inkişafı naminə yeni istiqamətlər müəyyənləşdi. Qarşıda mühüm layihələrimiz olacaq. Ölkədə kiberidmana, virtual oyunlara maraq hər il artır. Gənclər asudə vaxtlarını bütövlüklə virtual oyunlara həsr edirlər. Bu bizi sevindirir. Yeni ildə möhtəşəm layihələrimiz olacaq. Fürsətdən istifadə edərək 2020-ci ildə bizə dəstək olan Gənclər və İdman, eləcə də, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri,Azərbaycan Kiberidman Federasiyasına təşəkkür edirik”.

Digər Xəbərlər

Canlı Yayımımız

Canlı

Xəbər Lenti

Komanda P W D L Xallar
1 Shirvan Kings 18 10 3 5 33
2 Ucar Valleys 18 6 4 8 22
3 Oghuz Tribes 18 5 5 8 20
4 Khachmaz Fishers 18 5 3 10 18
5 Ismayil Cavanshir To. 18 5 3 10 18

Ən Son Oyunların Nəticəsi

FIFA 21 "1-ci Divizion"
2021-01-14 22:29:53

Barda Knights

2

Kalbajar Wolves

1
FIFA 21 "1-ci Divizion"
2021-01-14 22:29:53

Goychay Pomegranates

3

Lankaran Heroes

0

Bizim Partnyorlarımız