Valorant: ən gənc kiber idman növü

2021-01-07 21:59:55

 

O vaxt adı çəkilməyən layihə haqqında ilk qeydlər 2019-cu ilin oktyabr ayında ortaya çıxdı. Əvvəlcə oyunçulara oyun prosesinin yalnız bir neçə saniyəsi göstərildi və təbii ki, bu təsirsiz ötüşmədi. 2020-ci ilin mart ayında isə səs-küy dalğası keçdi.

 

Müəlliflər oyunu mart ayının 1-i 2020-ci ildə anons etdilər. Beta-test üzərində işlər isə aprel ayında başladı, və bu da səs-küyə səbəb oldu.

Oyuna dəvəti ilk qəbul edən media işçiləri və məşhur blogerlər idi. Ancaq adi oyunçular da Valorant-ın bağlı qapısını aça bilərdilər. Twitch-Drops proqramı vasitəsilə Riot Games və Twitch hesabını birləşdirərək oyun üçün açar əldə etmək mümkündür.

Qapalı beta versiyasının ilk ayında Valorant Twitch’də 345 milyon izləmə saatı əldə etdi.  Bu yeni oyunu sınamaq istəyi böyük idi. May ayında rəqəmlər daha az olsa da, vəziyyət əvvəlki kimi qaldı.

Beta testinin açarları uğrunda yarış 2020-ci ilin mayında sona çatdı. Riot Games, 28 May 2020-ci il tarixində Valorant serverlərinin son hazırlıqlar üçün dayandırıldığını elan etdi. Rəsmi buraxılış 2 iyun tarixində baş verdi. Lakin, buraxılış, beta testində olduğu kimi bu qədər böyük səs-küyə səbəb olmadı. Valorant, ilk ayda Rainbow Six Siege və League of Legends-i geridə qoyaraq kompüterdə ən çox oynanan top 3 oyun siyahısında yer aldı.

Valorant kiber idmana əsaslanaraq yaradılmışdır. Rəsmi serverlərin 2020-ci ilin iyun ayında istifadəyə verilməsindən bəri dünyanın müxtəlif yerlərində bu oyun üzrə bir çox turnir baş tutdu. Seçmə çempionatları çıxmaq şərti ilə bu oyun üzrə bir ildən az müddətdə 102 turnir baş tutdu.

Xülasə edərək, Valorantın qəti bir nəticə çıxarmaq üçün çox gənc olduğunu deyə bilərik. 

Bir tərəfdən bu oyun Şimali Amerika kimi bölgələr üçün super populyar bir kiber idman növü sayılır, çünki TSM, Cloud9 və FaZe kimi tanınmış təşkilatlar artıq komanda üzvlərini yığmağa başladı, digər tərəfdən isə MDB və Çin kimi bölgələr üçün bu kiber idman növü elə də böyük rola sahib deyil. Oyun unikallığı ilə seçilsə belə CSGO, Overwatch və ya Rainbow Six Siege-in fonunda itir.

Digər Xəbərlər

Canlı Yayımımız

Canlı

Xəbər Lenti

Komanda P W D L Xallar
1 Shirvan Kings 18 10 3 5 33
2 Ucar Valleys 18 6 4 8 22
3 Oghuz Tribes 18 5 5 8 20
4 Khachmaz Fishers 18 5 3 10 18
5 Ismayil Cavanshir To. 18 5 3 10 18

Ən Son Oyunların Nəticəsi

FIFA 21 "1-ci Divizion"
2021-01-14 22:29:53

Barda Knights

2

Kalbajar Wolves

1
FIFA 21 "1-ci Divizion"
2021-01-14 22:29:53

Goychay Pomegranates

3

Lankaran Heroes

0

Bizim Partnyorlarımız