Call of duty. Bir ümid işığı.

2021-01-08 17:44:01

 

Üç il ərzində ilk dəfə olaraq yeni buraxılmış Call of Duty oyunu özündə bütün ənənəvi elementləri cəmləşdirdi. Bu oyun həm tək oynamağı sevənləri, həm də multiplayer həvəskarlarını sevindirəcək. Süjet rejimi yeniliklər təklif edir. Və bu yeniliklərin bir hissəsi oyunu canlandırmaq üçün nəzərdə tutulub.

 

Dialoqlarda seçim imkanı elə də böyük əhəmiyyət daşımır. Çünki, bu seçimlər yalnız səhnədə qarşınıza çıxır, və sonra isə tamamilə unudulur. Oyununun sonu axırıncı missiyada qəbul edilən seçimə görə təyin olunur, bu da öz sırasında Teltale-in seçim illuziyası yaradan ən pis oyunlarını yada salır. Adınızı, soyadınızı, cinsinizi və keçmişinizi göstərərək qəhrəmanı fərdiləşdirmək bacarığı qəhrəmanın oyun boyu susmasına səbəb olur. Söhbətlər zamanı dialoqun gedişatını seçdiyiniz zaman qəhrəman heç nə demir və həmsöhbəti ona dərhal cavab verir. Eyni zamanda, kiçik bir ön hekayə yaratmaq oyuna təsir edir - bəzi dialoq xətləri oyunda qeyd etdiyiniz keçmiş iş yerinizdən asılıdır və seçilmiş bacarıqlarınız oyunu biraz dəyişdirir: ya daha çox zərər vermə qabiliyyətinə malik olacaqsınız, ya da daha davamlı olacaqsınız.

Cold War-ın əsas üstünlüyü adi tirin əvvəlkindən daha tez-tez olması və sakit epizodlarla seyr edilməsidir. Davamlı atışmalar olan missiyalar oyunda qaldı. Düşmənlər öz növbəsində daim qırmızı çəlləklərin yanında dayanırlar, əsgərlər onların yanından keçəndə isə onlar küncdən qəfil peyda olurlar. Hətta, pulemyotla təchiz olunan vertolyotu da idarə etməyə icazə verilir - və bu da tanış olan Call of Duty oyununun əsas məzmunudur. Ancaq partlayış və atəş olmadığı sakit anlar daha çox zövq vericidir. Cold War epizodları dahicəsinə biri-birilə əvəz edir. Səs-küylü silah səsləri mükəmməl hekayə ilə əvəz olunur.

Süjet qısadır, amma oyunu yenidən oynamaq həvəsi yaranır.

Kolleksiyadaxili əşyalar ilk dəfədir ki hansısa bir dəyər kəsb edir. Onları əlavə missiyalarda şübhəli şəxsləri tapmaq üçün ipucu kimi istifadə etmək olar.

Multiplayer rejimi bu dəfə heç nə ilə bizi təəcübləndirmir. Ola bilər ki, bu seçim kimisə qane edir. Əgər oyunun onlayn hissəsi daha çox xoşunuza gəlibsə, böyük ehtimal Cold War ürəyinizcə olmayacaq. Hər oyunçunun can sayı ikiqat çoxdur, qaçıs zamanı əlavə sürət yığmaq olmur və silahla küncdən baxmaq mümkün deyil. Bu ən sadə Black Ops oyunudur və bu oyunda heç kimi və heç nə ilə təəcübləndirməyə cəhd olunmayıb. Keçən ilki Modern Warfare fonunda yeni Call of Duty olduqca darıxdırıcı görünür. Süjet rejimi əvvəlkindən xeyli yaxşıdır, lakin hekayə çox qısadır. Multiplayer daha tanış mexanikaya qayıdır, lakin xəritələri mükəmməl deyil. Yeni Call of Duty-ni çox danlamaq olmaz, amma tərif ediləcək də çox şey yoxdur.

Digər Xəbərlər

Xəbər Lenti

Komanda P W D L Xallar
1 Shirvan Kings 19 10 3 6 33
2 Oghuz Tribes 19 6 5 8 23
3 Ucar Valleys 19 6 4 9 22
4 Khachmaz Fishers 19 5 3 11 18
5 Ismayil Cavanshir To. 19 5 3 11 18

Ən Son Oyunların Nəticəsi

Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş turnir.
2021-06-29 10:50:32

Solipsistics

2

Exit Frags

0
Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş turnir.
2021-06-29 10:50:32

Germanitas eSports

2

VIA Clan

0

Bizim Partnyorlarımız