Call of duty: mənşəyinə qayıdış

2021-01-18 22:14:08

 

Bir çox illər sonra Call of Duty zahirinə qayıdır, amma bunu çoxlarının gözləntisinə zidd olaraq edir. Uzun illərdən bəri ilk dəfə olaraq Call of Duty-də “single player” rejimi online rejimindən daha böyük əhəmiyyət kəsb edir.

 

Hekayəçilik mədəniyyətində tarixi hadisələrin üzə çıxarılması üçün iki yanaşma mövcuddur: birincisi və ən geniş yayılmışı - hadisəni qəhrəmanların həyatı fonunda göstərməkdir. Belə bir tənzimləmə, Battlefield 1-də izlənildi, çünki bu oyun qəhrəmanlar vasitəsilə Birinci Dünya Müharibəsinin problemlərini ortaya qoymağa çalışır. Bununla yanaşı, ikinci bir yanaşma var: tarixi bir əsas götürmək, ancaq bunun üzərində qeyri-real personajların bioqrafiyasını qurmaq.

Call of Duty: WWII ssenaristləri ikinci yolu seçdilər. Bir personajın çox şəxsi hekayəsini izah etməyə çalışdılar.

Oyundakı çatışmamazlıqları tapmağa çalışarkən, son on ildə Dünya Müharibəsi haqqında “shooter”-lərin ən yaxşı süjetlərinin birini qaçırmaq riski ilə qarşılaşmaq mümkündür.

Yeni CoD-nin ssenarisi çox qısa bir müddətdə inkişaf edir: Normandiyaya enişdən müttəfiq qüvvələrin Ren üzərindən keçməsinə qədər.  Hekayənin qəhrəmanı, könüllü olaraq cəbhəyə gedən 1-ci Piyada Diviziyasının əsgəri Ronald Danielsdir. Keçmiş haqqında bədbin fikirlərdən əzab çəkir, ancaq müharibədə o əsl dostlar tapır.

Ancaq süjet nə qədər yaxşı olsa da, “shooter”-dəki əsas amil hələ də oyunun “gameplay”-idir və bu baxımdan oyun yaxşıdır. Can göstəricisi əvvəlki kimi ilk yardım dəstlərinin köməyi ilə yenilənməlidir. Bu dəstlərin bəziləri xəritədə tapıla bilər, digərləri isə dostlar tərəfindən oyun qəhramanına oyun vaxtı veriləcək.

Ancaq oyunda yalnız düşmənləri vurmaq ilə məşqul olmayacaqsınız. Misal üçün, missiyaların birində Russo adlı qız qəhrəmanı idarə edirik. O, fransız müqavimətinin lideridir və alman vətəndaşı adı altında düşmən bazasına girir. İndi təsəvvür edin ki, bu gözəl qırx dəqiqə ərzində cəsusluqla məşğul olmalısınız: keçid yolları, mina qapıları axtarmalısınız, rəqiblərin yoxlayacağı detalların təfərrüatlarını əzbərləməlisiniz. Oyunun bu hissəsi PS1-də əfsanəvi Medal of Honor oyununa çox oxşayır. Başqa bir süjet xəttində isə əsl Outlast başlayır, amma horrorsuz. Baş qəhrəman bir qızı nasistlərin əlindən xilas etmək məcburiyyətindədir. Bunların hamısı “stels” rejimində baş verir, amma düşmənlər əlbətdə ki, sizi tapa bilər. Onların ideal marşrut xəttini öyrənmək olar, amma bu elə də asan iş deyil. Bu oyunda hətta təyyarələr belə köhnə Ace Combat-ı xatırladır.

Call of Duty: WWII inanılmaz dərəcədə müxtəlifdir. Müəlliflər təkcə Call of Duty-nin klassik versiyasını yenidən yaratmayıblar, onlar həm də İkinci Dünya müharibəsi və Qərb cəbhəsi haqqında ən yaxşı döyüş oyununu yaradıblar. II Dünya Müharibəsi, müharibənin təkcə özünü deyil, həm də qəhrəmanları ön plana qoymaqdan çəkinmir, doğru sitatlarla doludur və bir nəfəsdə keçilir.

Digər Xəbərlər

Xəbər Lenti

Komanda P W D L Xallar
1 Shirvan Kings 19 10 3 6 33
2 Oghuz Tribes 19 6 5 8 23
3 Ucar Valleys 19 6 4 9 22
4 Khachmaz Fishers 19 5 3 11 18
5 Ismayil Cavanshir To. 19 5 3 11 18

Ən Son Oyunların Nəticəsi

Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş turnir.
2021-06-29 10:50:32

Solipsistics

2

Exit Frags

0
Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş turnir.
2021-06-29 10:50:32

Germanitas eSports

2

VIA Clan

0

Bizim Partnyorlarımız