“PUBG Mobile” virtual döyüş növü üzrə Bakı və Şuşa təmsilçilərinin inanılmaz qələbələri

2020-09-16 00:54:28

“PUBG Mobile Azərbaycan Birinciliyi” uğrunda “Gaming League Azerbaijan”ın təşkil etdiyi onlayn turnir davam edir.

Sentyabr ayının 11-i baş tutan PUBG Mobile turnirində 3 xəritədə 32 komanda arasında oynanılan oyunda günün birincisi və ikincisi açıqlanıb. Oyunu 67 xal 17 “məhv edilən”lə başa vuran Bakı təmsilçisi “Graywolves” komandası yaddaqalan oyun sərgiləyib. 3 xəritədə 22 “məhv edilən” sayı ilə önə çıxan Şuşa təmsilçisi “Black Owl Squad” komandası isə 60 xalla ikinciliyi əldə edib. Həmçinin, komandanın oyunçusu “bosCreepyBoy” ləqəbli Cavid İsrafilov günün ən çox “məhv edilən” sayı ilə fərqlənib.

12 sentyabrda isə turnirin nəticələr belə olub: 91 xal 31 “məhv edilən”lə Ağcabədi təmsilçisi “GrandFire” komandası birinci, 40 xal 12 “məhv edilən”lə Masallı rayonunu turnirdə təmsil edən “MagicSword” cütlüyü isə ikinci yeri əldə edib. “Desert Blizzard” komandasının “blizzNOHELP” ləqəbli oyunçsu 8 “məhv edilən”lə günün fərqlənən oyunçusu olub.

“PUBG Mobile Azərbaycan Birinciliyi” uğrunda mübarizə ümumilikdə 1024 iştirakçının təmsil etdiyi 512 komandanın iştirakı ilə davam edir. Komandalar 16 qrupa bölünüb və bu komandalar öz qruplarında 3 müxtəlif xəritədə güclərini sınayırlar.

“PUBG Mobile Azərbaycan Birinciliyi”  uğrunda yarışda hər qrupda ilk 2 yeri tutan cütlüklər böyük finala vəsiqə qazanacaq. Sentyabrın 21-də baş tutacaq final mübarizəsində isə, ilk 5 yeri tutan komandaların üzvlərinə “MyShops.az” tərəfindən 10 ədəd müxtəlif markalı telefonlar hədiyyə ediləcək.

Gaming League Azerbaijan (GLA) –nın təşkilatçılığı ilə keçirilən turnirin tərəfdaşlarıAzərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Kiber İdman Federasiyası və “MyShops.az” onlayn alış-veriş saytıdır.

2019-cu ilə qədər olan statistikalara görə 400 milyondan artıq insanın marağını qazanan kiber idman sahəsi bu gün də öz populyarlığı artırmağa davam edir. Kiber idman oyunları test oyun olaraq 2022-ci ildə baş tutacaq 19-cu Asiya Oyunlarına daxil edilmişdir. Azərbaycanda isə 2019-cu ildə yaranmış, kiber idman turnirləri həyata keçirən Gaming League Azerbaijan (GLA) bugünədək 10-dan (14) çox kiber idman çempionatı həyata keçirmişdir. Kiber idman mədəniyyətini inkişaf etdirmək məqsədi ilə yaradılan bu şirkətin prioritet məqsədləri arasında Azərbaycanda beynəlxalq səviyyəyə qədər kiber idman üzrə oyunların inkişaf edilməsi və Azərbaycanda həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün bütün lazımi şəraitin yaradılması daxildir.

PUBG Mobile həvəskarlarını bu turniri yaxından izləməyi tövsiyyə edirik. Bu çempionat çox maraqlı və çox fərqli olacaq.

Digər Xəbərlər

Canlı Yayımımız

Canlı

Xəbər Lenti

Komanda P W D L Xallar
1 Kotyara 0 0 0 0 0
2 Kotyara 0 0 0 0 0
3 ALASGARLI29 0 0 0 0 0
4 RS_GAMERS 0 0 0 0 0
5 ZlionS 0 0 0 0 0

Ən Son Oyunların Nəticəsi

QARABAĞ AZƏRBAYCANDIR
2020-11-24 12:27:38

Lankaran Heroes

2

Khizi Mountains

0
QARABAĞ AZƏRBAYCANDIR
2020-11-24 11:08:55

Karabakh Horses

2

Balakhani Oilers

0

Bizim Partnyorlarımız