Noitaya baxış: tam oyun fizikası.

2021-02-09 15:02:52

 

Noitadaki səviyyələrin birində həm oddan tam qorunma, həm də çox zəngin bir atəş sehrləri topladığım üçün bəxtim gətirdi. Və nəticədə nə baş verdi? Heç nə, amma oyunun yarısını keçdikdən sonra tüstü içində boğuldum. The Swapper, Crayon Physics Deluxe və Baba Is You kimi yeni layihələrin müəlliflərinin yeni proyekti olduqca “sehrli” alınıb. Müəlliflər oyunun məzmununu çox yaxşı anlayıblar: hər şeydən öncə sehr - xaos deməkdir.

 

Noitada bizə adsız bir sehrbaz rolu verilir (oyunun adı fin dilindən "ifritə" kimi tərcümə olunur), həqiqətən də monstrlarla dolu bir mağaranın dibinə enmək lazımdır. Monstrlara qarşı mübarizədə, qaranlıq katakomblara səpələnmiş çoxsaylı sehr, eliksir və qabiliyyət kömək edəcəkdir. Əlbəttə, süjet elə də orijinal deyil, amma süjet burada çox vacib rol da daşımır. Noita ilk növbədə bir apokalipsis dağıntısının simulyatorudur.

Oyunun əsas xüsusiyyəti hər şeyin və hər kəsin inandırıcı fizikasıdır. Tərtibatçılar sərbəst buraxılış ərəfəsində onu fəal şəkildə təbliğ edirdilər və bu treylerdəki həqiqəti əks etdirən nadir haldır. Ekrandakı hər piksel çox xüsusi fiziki xüsusiyyətlərə malikdir. Hər hansı bir yanğın, hətta bir bomba belə, tüstü yaradır. Su donur və digər mayelərlə qarşılıqlı təsir göstərir (məsələn, yağla qarışmır), dumanlar nəfəs almağın qarşısını alır və hər hansı bir qatı səth müxtəlif yollarla məhv edilə bilinir. Və bu məhv heyranedicidir: təsadüfi bir məşəlin alovu döşəmənin yarısınıı yandıra bilər, düşmən mərmiləri qığılcım verir, çuxurları yandırır və bütün kraterləri məhv edir. Ətraf mühitin bütün elementləri parçalana bilər və düşmənlər təəccüblü bir şəkildə inanılmaz dərəcədə parçalara ayrılırlar, qanlanırlar (həmişə qanla olmasa da) və əzalarını itirirlər.

Vandalizm çox əyləncəlidir və Noita da bunu çox yaxşı anlayır. Oyun ətrafdakı hər şeyi təməlinə qədər məhv etməyə təşviq edir. Proses səviyyələri cəlbedici şəkildə partlayıcılar və mayelərin çənləri ilə doludur və zərif taxta dayaqlar tonlarla qum və daş saxlayır. Bir toxunuş yetər ki, hər şey nəzarətdən çıxsın. Bununla belə, nəyisə məhv etmək üçün oyunçunun iştirakı belə tələb olunmur: mağaraların sakinləri öz evlərini məhv etmək üçün bir bəhanə gözləyirlər. Noita-da bir çox fərqli düşmən var və hər birinin xaos və məhv miqyasını artıran öz xüsusiyyətləri var. Alximiklər təsadüfi eliksir şüşələri atırlar, atəş milçəkləri lava tüpürür, ov tüfəngləri ilə qnomlar çənləri məhv etməyi sevirlər. Üstəlik, bir çox rəqib bir-biri ilə vuruşur ki, mağaralarda müdaxilə etməyiniz lazım olmayan sonsuz bir döyüş abu-havası hökm sürür.

Noita-da cadugərlik fizika kimi yaxşı reallaşdırılıb: təsadüfi olaraq yaradılan mağaralarda yenə də təsadüfi olaraq yaradılan çubuqlar əldə edə bilərik. Hər birinin səviyyə arasındakı ziyarətgahlarda özəlləşdirilə bilən özünəməxsus xüsusiyyətləri və sehrləri vardır. Üstəlik, çubuqlar arasındakı fərqlər böyük ola bilər və sehrlərlə birləşdirildikdə, çox vaxt tamamilə ağlasığmaz birləşmələr yarada bilirlər. Adi "sehrli oxlar" belə idarəolunmaz bir sehrli pulemyota çevrilə bilər.

Kifayət qədər güclü bir çomaq və ona uyğun sehrlər tapsanız, hər şey etmək mümkündür. Sehrli redaktorda öz məhv edən topunuzu yaratmaq üçün çox uzun müddət vaxt sərf edə  bilərsiniz. Bundan əlavə, Noita-da tanış yollarla gəzmək nadir hallarda baş verir, buna görə davamlı olaraq yeni xüsusiyyətlərin birləşmələrini sınamalı və əlinizə gələn əşyalar ilə işləməlisiniz. Silahı mükəmməlliyə çatdırmaq, bir neçə sehrli effekt vasitəsilə, daha hiyləgər, zərif və ölümcül bir kombinasiya yaratmaq istəyi yaranır.

Ancaq ən dağıdıcı sehrlər də sizi Noitanın bəzən nə qədər qəddar və mürəkkəb ola biləcəyindən qurtara bilməz. O, soyuqqanlı şəkildə öldürür. Mağaranın birinci mərtəbəsi daha çox məşq meydançasına bənzəyirsə, ikinci mərtəbəyə güclü bir çomaqsız daxil olmaq çətin olacaq. O zaman buz və soyuq kimi yeni oyun mexanikası işə düşəcək və sonra ətraf sizi güclü metal divarlarla sıxmağa başlayacaq. Düşmənlər də geridə qalmırlar: onlar hirslənirlər, güclənirlər, və getdikcə daha da artırlar. Bu oyunda bütün güclə mübarizə aparmaq gərəkdir - dəqiq atəş açmaq, mühitdən ağıllı istifadə etmək.

Bütün bunlar yalnız bir axmaqlığın günahı ilə mümkün qədər absurd şəkildə ölmək üçündür.  Hansısa divarın qırıq olması ucbatından hər zaman tavandan məhvedici mayenin tökülməsinə hazır olmalısınız. Ayrıca, görmədiyiniz şərti bir düşmən olan qnom, nüvə başlığı olan bir çomağ ilə toqquşa bilər və partlayış baş verə bilər.

Noitoda heç bir şey plan üzrə getmir. Nəzarətsiz və davam edən xaos normal bir haldır və mağaranın dibinə düşmək üçün oyunçunun bu ağlasığmaz ekosistemin bir hissəsinə çevrilməsi lazımdır. Oyun ölümcül və hiyləgər, lakin etibarlı sehrlərin yaradılmasına nəzər salmağa sövq edir.

Və nəticədə, əlbətdə ki, son dərəcə vicdansız ölüm seriyası ilə barışmağınız qaçılmazdır.

Digər Xəbərlər

Xəbər Lenti

Komanda P W D L Xallar
1 Shirvan Kings 19 10 3 6 33
2 Oghuz Tribes 19 6 5 8 23
3 Ucar Valleys 19 6 4 9 22
4 Khachmaz Fishers 19 5 3 11 18
5 Ismayil Cavanshir To. 19 5 3 11 18

Ən Son Oyunların Nəticəsi

Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş turnir.
2021-06-29 10:50:32

Solipsistics

2

Exit Frags

0
Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş turnir.
2021-06-29 10:50:32

Germanitas eSports

2

VIA Clan

0

Bizim Partnyorlarımız