PUBG (MOBILE)

Qalib ol və seçmə komandaya dəvət al!

2021-03-12 16:12:25

Ölkəmizin tarixində ən çox yüklənilən və oynanılan oyun – “PUBG Mobile” üzrə squad – seçmə komandanı müəyyənləşdirmək üçün yeni yarışa start verməyə hazırlaşır. Ümumilikdə 128-dən çox komanda 8 turdan ibarət marafonda mükafatlar uğrunda mübarizə aparacaq. Hər tur 16 komanda bir-biriylə qarşılaşacaq.

“Gaming League Azerbaijan”ın təşkil etdiyi turnirin finalına 16 komanda vəsiqə qazanacaq. Yarışın qalibi olacaq komanda üzvləriylə  “Gaming League Azerbaijan” tərəfindən peşəkar oyunçu müqaviləsi imzalanacaq.

Turnir GMT ESPORT təşkilatıyla birgə keçirilir. Qalib komandaya GMT ESPORTS ilə müqavilə təklif olunacaq. Yarş aprelin 14-də başlayacaq və mayın 5-də yekunlaşacaq. Ümumilikdə 500-dən çox iştirakçının mübarizə aparacağı gözlənilir.

İnstagram: gmt.gg

“PUBG Mobile”ın xüsusiyyətləri:

Oyun liderlik xüsusiyyətlərini, komanda ilə birgə hərəkət etməyi və strateji düşüncəni inkişaf etdirir. “PUBG Mobile” həm də hərbi işin əsaslarını öyrətməklə yanaşı, istifadəçilərə resursların düzgün idarə edilməsini öyrədir. Oyun müəyyən zaman məhdudiyyətinə malikdir ki, bu da oyunçunu vaxtını səmərəli şəkildə xərcləməyə vadar edir.

İzləmək üçün: “Gaming League Azerbaijan” YouTube kanalı

Ətraflı məlumat: @glahub İnstagram səhifəsi

Təşkilatçılar: “Gaming League Azerbaijan”, Azərbaycan Kiber İdman Federasiyası, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi.

Digər Xəbərlər

Xəbər Lenti

Komanda P W D L Xallar
1 Shirvan Kings 19 10 3 6 33
2 Oghuz Tribes 19 6 5 8 23
3 Ucar Valleys 19 6 4 9 22
4 Khachmaz Fishers 19 5 3 11 18
5 Ismayil Cavanshir To. 19 5 3 11 18

Ən Son Oyunların Nəticəsi

Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş turnir.
2021-06-29 10:50:32

Solipsistics

2

Exit Frags

0
Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş turnir.
2021-06-29 10:50:32

Germanitas eSports

2

VIA Clan

0

Bizim Partnyorlarımız