Persona 5 Növbəti şedevr

2021-03-19 18:05:03

Orijinal Persona 5 oyununun ilk versiyası 3 il əvvəl çıxıb və o, Playstation 4 oyun konsolu üçün indi də ən yaxşı oyunlardan biri hesab olunur. Onu müxtəlif sözlərlə adlandırıblar - gözəl üslublu, maraqlı və s. Və hər bir söz ona uyğun olmuşdur. Bu oyunu nə qədər tərifləsələr də, o nöqsansız ötüşmədi. Ənənələrə sadiq olaraq Altus buraxılan səhvləri əlavələrdə düzəltdi. Xoşbəxtlikdən, bu dəfə yenidən sərbəst buraxılış portativ konsolun əbədi məhbusu olmayacaq. Orijinal oyun kimi Persona 5 Royal da PS4-də mövcuddur. Əvvəlki hissədəki oyun proqresini yeni oyuna keçirtmək mümkün deyil. Həm də, əvvəlki qiymətdə də endirim olunmayacaq, əksinə onun tam qiymətini ödəməli olacaqsınız. Bunun səbəbi oyunda xırda və böyük dəyişiklər həddən artıq çox olmasıdır, və bu qədər yeniliyi əlavə şəklində etmək mümkün olmayacaqdı.

Məzmunca Persona 5 Royal olduğu kimi qalır.

Təhsil və şəxsi həyatı birləşdirən yeniyetmələr, telefondakı sirli bir tətbiqetmə vasitəsi ilə insanların şüuraltına nüfuz edə bildiklərini kəşf edirlər. Yeniyetmələr əsasən pis adamları ovlayır və özlərini "Xəyal Qəlbi Oğruları" adlandırırlar - hər pis adam (bədxahlar həmişə hədəf olmasa da) elə bir azğın həqiqət düşüncəsinə sahibdir ki, öz düşüncəsində özünü bir qalada və ya dəbdəbəli bir evdə görür. Bu cür yerlərə saray deyilir, və bunların hər birində təqsirkarlar tərəfindən qorunan bir xəzinə var ki, qaçırıldıqdan sonra həqiqi aləmdəki hədəf qəfildən xeyirxah məna alacaq.

Persona 5-də çoxlu sayda müxtəlif elementlər vardır ki, hamısı da oyuna uzun müddətli daldırma ilə gözəl şəkildə birləşir. Burada müəllimlərə və valideynlərə qulaq asmaqla yanaşı, suallara cavab verərək dərslərdə də iştirak etməlisiniz (mühazirələr və imtahanlar Royaldakınnan fərqlidir). Məktəbdən sonra həm də əylənə bilərsiniz - məsələn, ya dəvətlərə cavab verməli, ya da ki özünüz dostlarınızı görüşə və ya kafeyə dəvət etməlisiniz. Saraydakı bahalı trofeyləri sataraq və ya gül dükanında və adi məhsul mağazasında işləyərək pul qazanmalısınız. Rəqiblərlə savaşaraq və xaraktetistikalarınızı yaxşılaşdıraraq paralel dünyaya da baş çəkməlisiniz.

Oyunu çoxlu oynadıqca daha çox variantlar ortaya çıxır və axşamı və ya gündüzü nəyə xərcləyəcəyinizə qərar vermək daha da çətinləşir. Amma bu cür şeylər əvvəl problem olsa da, Royalda boş vaxt daha çoxdur. Orijinalla bağlı əsas şikayətlərdən biri də pişik Morganla ilə əlaqəli idi - deyirlər, çox vaxt bu personaj oyunçunu yatmağa və bütün axşamı hədər etməyə məcbur edirdi. İndi isə pişik qəhrəmana kafedən çıxmağı belə qadağan edir və binanın içərisində yalnız bəzi xüsusiyyətləri inkişaf etdirə bilərsiniz. Xeyirxahlıq xalları üçün qəhvə və kilidqıranlar hazırlamaq, dərs oxumaq, DVD-lərə baxmaq.. Yeri gəlmişkən, diskləri ayrı-ayrılıqda almırsınız, illik abunə üçün az miqdarda pul ödəyirsiniz - filmi mağazaya qaytarmağı gecikdirdikdə isə artıq cərimə verilmir.

Eyni anda əyləncələr də çoxaldılmışdır. Royalda jazz musiqili bar, darts oyunu, bilyard və meditasiyaya imkan verən kilsəli yeni (Kitidzözi) lokasiya mövcuddur. Və bunların hamısı baş qəhrəmanın xüsusiyyətlərini təkmilləşdirməsinə icazə verir. Yerli “ikinci-əl” mağazalarda həmişə yaddınızdan çıxan kirli zirehinizi sataraq qiymətli resurslara sahib olmaq üçün xal ala  bilərsiniz. Yerli aksesuar mağasının satıcısı, saraylarda müəyyən bir texnika istifadə edərkən hücumları artırmaq üçün nəzərdə tutulmuş əla boyunbağılara sahibdir.

Ən vacib yenilik - süjet xətti və saray mövcud olan yeni mərhələ, və bu mərhələ öz növbəsində oyunda ən yaxşı epizod kimi yadda qalır. Bu vacib yeniliyə görə Royala iki yeni personaj əlavə edildi. Birincisi məktəb psixoloqu Maruki(o əlbəttə ki, birinci saraydan sonra peyda olur - oyunun orijinalını oynayanlara səbəbi məlumdur) və gimnastikanı sevən cazibədar Kasumi adlı tələbə. Hər iki qəhrəman, digər yoldaşlar və ortaqlar kimi, yaxınlıq səviyyələrinə sahibdirlər. Bununla birlikdə, oyunçuya yeni qabiliyyətlər qazandırmaqla yanaşı, hər dəfə statistikanı beş vahid artırırlar: Maruki - mananı və Kasumi - sağlamlığı.

Həm Maruki, həm də Kasumi hekayəyə tamamilə uyğundur. Maruki tələbələri duyğulu söhbətlərə çağırır. Ancaq baş qəhramanla isə insan ürəyinin necə işlədiyini başa düşməyə çalışmaqla psixologiyanı müzakirə edir. Kasumi isə öz növbəsində baş qəhramanı müxtəlif yerlərə çağırır, və hətta bəzən planlaşdırılan görüşlərdən tamamilə başqa yerdə tapılırlar. Kasumi ilə dialoqlar onun üzündə təbəssüm yaradır, amma heyif ki, personaj kimi onun üzərindən oynamaq imkanı oyunda gec verilir.

Hər iki yeni gələn personaj bonus mərhələsində böyük rol oynayır, ona görə də ona giriş əldə etmək üçün Kasumi ilə münasibətlər beşinci, Maruki ilə isə doqquzuncu səviyyəyə çatmalıdır. Üstəlik yaxın tanışlıq prosesi üçün dəyişgən Aketi ilə səkkizinci səviyyəyə çatmağınıza ehtiyac var. Şərtlər yerinə yetirilmirsə, oyun orijinalda olan eyni yerdə bitəcəkdir. Bu barədə heç vaxt xəbərdarlıq etmirlər, və bu səbəbdən oyuna çox vaxt sərf etdiyiniz və əlavə süjet xəttini qiymətləndirmə fürsətini itirdiyiniz zaman xoşagəlməz bir vəziyyətə düşə bilərsiniz. Digər tərəfdən bunlar üçün olduqca çox vaxt ayrılıb. Həm də inadla yeni qəhramanları gözməməzlikdən gəlmək də çətin olacaq, bir halda ki onlar özləri barəsində SMS-lə bildirirlər.

Yarım-ştat müəssisələr indi xüsusilə sıx iş növbələri barədə məlumat verirlər və görülən iş müqabilində daha çox pul və xüsusiyyət mükafatı verirlər. Gün ərzində vaxt keçirdiyiniz dostlar sizinlə görüşdən sonra sizə zəng vurur və keçən günü müzakirə edirlər - əgər onlara normal cavab versəniz, növbəti rütbə artımını daha erkən alacaqsınız və onları yenidən görüşə dəvət etmək məcburiyyətində qalmayacaqsınız. Bu yeniliklər personajları daha da canlı edir. Royalda dialoqları portret kimi canlandırıblar ki, bu da öz növbəsində emosiyaları daha canlı əks etdirməyə imkan verir və bəzən baş qəhrəmanın iştirakı olmayan görüş səhnələri də bizə göstərilir.

Bir çox sayda yenilik məktəb həyatının xaricində də diqqəti özünə cəlb edir. Saray lokasiyalarındakı bosslar da yeni oyun mexanikası əldə ediblər ki, bu da onlarla savaşı daha da maraqlı edir. Sarayların dizaynında da dəyişiklər baş verib. İndi baş qəhrəman elə bir qarmaqla təchiz olunub ki, o sanki Hörümçək adam kimi bəzi səthlərə yapışa bilir.Bu amil sərbəstliyi hiss etməyə imkan vermir, amma lokasiyaları araşdırmaq daha da maraqlı olur. Bundan əlavə, iradə toxumları sarayda gizlədilib və onlar yaxınlaşdıqda Morgan xəbərdar olunur. Hər üç parçanı toplayaraq bir aksesuar əldə edə, üstəlik hər toxum, tapıldıqda, mananın bir hissəsini bərpa edə bilərsiniz.

Ümumiyyətlə, əvvəlki kimi mana çatışmamazlığı yaşamırsınız və sarayları bir keçiddə tamamlamaq daha asan olmuşdur. Mana çatışmamazlığı Morganı gecə yatmağa daha az vadar etdiyinə görə kofe dəmləmək üçün daha çox vaxt əldə olunur, saraylarda isə bu içki 30 mana sayını bərpa edir. Oyunu keçdikcə Showtime adlanan daha çox hücüm növü açırsınız, və onları istifadə imkanını təsadüfən əldə edirsiniz, və bununla birlikdə onlara heç bir resurs da sərf olunmur. Bunlar iki qəhrəmanın iştirakı ilə şən komik səhnələrdir və komandada onlardan yalnız birinə sahib olmaq kifayətdir - amma, seçim imkanı yenə də veriləcəkdir.

Estafet ötürməsi qaydası burada fərqli şəkildə düzəldilib. Əsas məzmun isə olduğu kimi qalıb: əgər personaj düşmənin zəif tərəfini taparaq onu sarsıdırsa, qəhrəman əlavə bir növbə qazanır və onu öz ortağına vermə hüququna malik olur. Bu vəziyyətdə, Royal'da yalnız davamlı ziyan artımı deyil, həm də sağlamlıq və mana bərpa edilir və son alıcı istənilən texnikanı "pulsuz" istifadə edə bilir. Bu səbəbdən növbə əsaslı döyüşlər daha parlaq olur, lakin bu son deyil. Əgər dostlarınızla darts oyununu Kitidzödzi ilə oynasanız bonuslarınızı estafet hesabına çoxalda bilərsiniz, bu da komandanızı öz növbəsində daha da təhlükəli edəcək. Darts da özünəməxsus bir əyləncə əldə edib. Burada drotikləri Dual shock 4-dəki giroskop vasitəsilə atmaq lazımdır.

Döyüşlər təkcə buna görə daha maraqlı olmadı. Odlu silahı daha faydalı edən patronlar hər döyüşdən sonra bərpa olunur. Əgər yenilmiş düşməndən personajı danışıqlar əsasında əldə etmək istəyirsinizsə - Morgan bu məqamda sizə düzgün tonda danışmağa kömək edəcək. Düşmənlər arasında disaster shadows vardır ki, onlar hər zərbənizdən sonra əks hücum təşkil edəcəklər və ölüm anı partlayaraq, bütün yoldaşlarınıza böyük ziyan vura biləcəklər. Eyni zamanda, onlar öləndən sonra özlərindən sonra qiymətli əşyalar qoyurlar.

Saraylardan əlavə yeni dizayna çoxmərtəbəli Mementos lokasiyası da məruz qalıb. Burada qəhrəmanlar (boş vaxtlarında) sui-qəsdə cəhd edənlərə dərs verməyə çalışırlar, çünki şəhərin cinayətkarları fonunda bu get-gedə adi hala çevrilir. Yenilənmiş Mementosda yeni personaj əlavə edilib - öz mağasını açan sirli Joze.

Qəhrəman məkanı araşdırarkən çiçəklər toplayır və onları eliksir, silah, zireh və digər faydalı şeylərə dəyişə bilir. Hər mərtəbəyə qoyulmuş möhürlər, aktivləşdirildiyi təqdirdə Mementosda əldə edilən pul, əşyalar və ya təcrübə miqdarını artırmağa imkan verir. Beləliklə, müxtəlif mərtəbələrə səyahət etmək daha az yorucu və darıxdırıcı olur.

Joze baş qəhrəmanın Thieves Den adlandırılan şəxsi sarayında da qabağımıza çıxır. Bura əsas menyudan istənilən vaxt ziyarət edə biləcəyiniz tamamilə yeni bir yerdir. Geniş zalda konsept-art və ekran skrinşotları ilə asılmış divarlar(onların hamısını yaxınlaşdıra və daha aydın görə bilərsiniz), musiqi playeri (təxminən otuz dənə kompozisiya daxil) mövcuddur. Kinoteatrda videorolikləri yenidən başlatmaq imkanı var. Postamentlərdə zalı ziyarət edən oyunçuların mütləq şərh edəcəyi dekorasiyalar, heykəllər və digər bəzək elementləri yerləşdirə bilərsiniz. Eyni yerdə, virtual dostlarınızla, əsas hekayədən daha həyəcan verici olan Tycoon kart oyununu da oynaya bilərsiniz. Bu arada, Thieves Den 30 nəfər və ya yüzlərlə düşməni "odlu silahla" məğlub etmək kimi oyun içi nailiyyətlərlə əlaqələndirilir.

Velvet Room-da da bir çox dəyişiklər mövcuddur. Orada həyəcan təbili çalınır ki, həyəcan vaxtı siz adi günlərdən daha güclü personalar əldə edə bilərsiniz. Orada da müxtəlif tapşırıqlar vardır ki, onları yerinə yetirdikdə nadir nailiyyətlər əldə edə bilərsiniz. Personların artıq “traits” adlandırılan yeni xasiyyətləri vardır. Nəzarətçilər Carolina və Justina əsas qəhrəmanla birlikdə real həyatdaki yerləri gəzdikləri və insan psixologiyasını anlamağa çalışdıqları yeni məzəli səhnələr mövcuddur.

Bunlar aydın məsələdir ki, DLC-də təklif oluna bilməzdi. Atlusun seçdiyi istiqamət və bu cür nəşrlərin bir neçə ildən sonra tam qiymətə "etik olmayan" məbləği ilə bağlı uzun müddət mübahisə etmək olar, lakin Persona 5 Royal-da nəşrin orijinalını keçib bitirənləri də maraqlandıra biləcək kifayət qədər yenilik var. Bu oyun hələ yüz saatdan sonra da sonunu tezliklə görməyəcəyini ümid etdiyiniz inanılmaz bir oyundur. Royalda isə daha çox məzmun var, oyun yenilənmişdir və yeni personlar da əlavə edilmişdir - əvvəldən bəri möhtəşəm olan JRPG, nəslin ən yaxşı oyunlarından biri kimi statusunu möhkəmləndirərək daha da yaxşılaşdırıldı.

Digər Xəbərlər

Xəbər Lenti

Komanda P W D L Xallar
1 Shirvan Kings 19 10 3 6 33
2 Oghuz Tribes 19 6 5 8 23
3 Ucar Valleys 19 6 4 9 22
4 Khachmaz Fishers 19 5 3 11 18
5 Ismayil Cavanshir To. 19 5 3 11 18

Ən Son Oyunların Nəticəsi

Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş turnir.
2021-06-29 10:50:32

Solipsistics

2

Exit Frags

0
Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş turnir.
2021-06-29 10:50:32

Germanitas eSports

2

VIA Clan

0

Bizim Partnyorlarımız