Counter-Strike: Global Offensive

Nizami İli”nə həsr olunan yarış başlayır

2021-03-23 12:34:57

Martın 27-də Gənclər və İdman, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Azərbaycan Kiberidman Federasiyasının dəstəyi ilə dünyanın ən populyar virtual döyüş növü olan “Counter-Strike”: “Global Offensive” (CS:GO) oyunu üzrə “Xəmsə” beynəlxalq turnirinə start veriləcək.

AZƏRTAC xəbər verir ki, 2021-ci il ölkəmizdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin şərəfinə “Nizami İli” elan olunduğuna görə “Gaming League Azerbaijan” turnirinin “Xəmsə” adlandırılması barədə qərar qəbul edib.

Xatırladaq ki, Nizami Gəncəvi məşhur beş poeması (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə”) ilə dünya ədəbiyyatına tamamilə yeni bir poetik nəfəs gətirib. Nizaminin beş poeması sonralar “Xəmsə” (Beşlik) adı altında cəmləşdirilərək, Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatlarında bu adla məşhurluq qazanıb. Nizami məktəbinin bir çox ardıclıları ölməz ustad kimi “Xəmsə” yaratmaq arzusunda olublar.

Turnirə gəldikdə, Azərbaycan təmsilçiləri ilə yanaşı, yarışda digər ölkələrin - Belarus, Gürcüstan, Ukrayna, Şimali Makedoniya, Slovakiya, Polşa və Macarıstanın komandaları da mükafat uğrunda yarışacaqlar. Ölkəmizi yarışda “Karabakh Horses” və “GMT Esports” komandaları təmsil edəcək.

“Gaming League Azerbaijan”ın rəhbəri Adil Mahmudov turnirlə bağlı mətbuata açıqlamasında deyib: “2021-ci il ölkəmizdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin şərəfinə “Nizami İli” elan olunub. Məhz buna görə turniri Azərbaycan şairi Nizami Gəncəvinin geniş şöhrət tapmış beşliyinin adı ilə “Xəmsə” adlandırmaq qərarına gəldik. Turnirdə 8 ölkə təmsil olunacaq. Azərbaycanla yanaşı, Belarus, Gürcüstan, Ukrayna, Şimali Makedoniya, Slovakiya, Polşa və Macarıstan komandaları da mükafat uğrunda mübarizə aparacaqlar. İnanırıq ki, iştirakçı ölkələrdə “Xəmsə” turniri böyük maraqla qarşılanacaq və ölkəmizdə “Nizami İli”nin keçirilməsinə töhfə olacaq. Bu ölkələrdə Nizami Gəncəviyə və onun yaradıcılığına diqqət artacaq. İştirakçılara uğurlar arzu edirəm. Müasir dünyamızda kiberidman üzrə yarışlara böyük ehtiyac yaranıb. Məhz buna görə biz kiberidman həvəskarlarını mütəmadi olaraq yeni layihələrlə sevindiririk. Gənclərin xüsusilə pandemiya dövründə məsafədən keçirilən kiber-yarışlara marağı günbəgün artır. Kiberidmanın ölkəmizdə sürətlə inkişafı istiqamətində işimizi davam etdirəcəyik”.

Yarışları “YouTube” və “Instagram” şəbəkəsində “Glahub” səhifələrində canlı izləmək mümkün olacaq.

Qeyd edək ki, 2019-cu ilə qədər olan statistikalara görə, 400 milyondan artıq insanın marağını qazanan kiberidman sahəsinin populyarlığı bu gün də artmaqdadır. Kiberidman 2022-ci ildə baş tutacaq 19-cu Asiya Oyunlarının proqramına sınaq kimi daxil edilib.

Azərbaycanda 2019-cu ildə yaranmış və kiberidman turnirləri həyata keçirən GLA bu günədək 30-dan çox kiberidman çempionatı təşkil edib. Kiberidman mədəniyyətini inkişaf etdirmək məqsədilə yaradılan bu liqanın prioritet məqsədləri Azərbaycanda beynəlxalq səviyyədə idman oyunlarının inkişaf etdirilməsi, həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.

Digər Xəbərlər

Xəbər Lenti

Komanda P W D L Xallar
1 Shirvan Kings 19 10 3 6 33
2 Oghuz Tribes 19 6 5 8 23
3 Ucar Valleys 19 6 4 9 22
4 Khachmaz Fishers 19 5 3 11 18
5 Ismayil Cavanshir To. 19 5 3 11 18

Ən Son Oyunların Nəticəsi

Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş turnir.
2021-06-29 10:50:32

Solipsistics

2

Exit Frags

0
Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş turnir.
2021-06-29 10:50:32

Germanitas eSports

2

VIA Clan

0

Bizim Partnyorlarımız