Counter-Strike: Global Offensive

Azərbaycanda ən böyük beynəlxalq CSGO turniri keçirildi

2021-03-28 15:44:27

Martın 27-dən Aprelin 4-nə qədər “Gaming League Azerbaijan” (GLA) təşkilatı Azərbaycan Kiberidman Federasiyası, Gənclər və İdman Nazirliyi, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliklərinin dəstəyi ilə Counter Strike: Global Offensive oyunu üzrə “Xəmsə” adlı turnir keçirir. Xatırladaq ki, 2021-ci il ölkəmizdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin şərəfinə “Nizami ili” elan edilmişdir. Azərbaycan şairi Nizami Gəncəvinin məşhur "Xəmsə" poemi dünya poetik və fəlsəfi düşüncəsinin zirvəsində dayanır və ona böyük şöhrət qazandırmışdır. Buna görə də turnirə "Xəmsə" adı verilib. Yarışda Azərbaycan təmsilçiləri ilə yanaşı, daha 7 ölkə iştirak edir.  Olimpiya sisteminə uyğun olaraq “Xəmsə” turnirində ümumilikdə 16 komanda iştirak edir.  Bütün oyunlar Bo3 sisteminə uyğun keçirilir.  Turnirin mükafat fondu 5000 ABŞ dolları təşkil edir.

Oyunun ilk günü bizi 2 maraqlı qarşılaşma gözləyirdi. Macarıstanın Budapest Five komandası günün ilk matçında Belarusun Team Untitlied komandasına qarşı oynadı. Macarlar turnirin favoriti hesab olunurlar və ilk oyundan etibarən çox ciddi olduqlarını göstərdilər və hücuma üstünlük verərək “Train” xəritəsində qalib olmaq üçün rəqiblərə ayrılan dövrdə onlara heç bir şans vermədilər . Beloruslar öz xarakterlərini nümayiş etdirdilər və ikinci hissədə 4 raund keçə bildilər, lakin tam geri dönüş üçün kifayət qədər gücləri yox idi, Budapest Five komandası da öz növbəsində çox yaxşı oyun nümayiş etdirdi. İkinci oyunda “Vertigo” xəritəsində hadisələrin inkişafı təəsüf ki, nəticələrdən daha maraqlı idi. Macarların hücumda göstərdikləri sürətli çıxışlar raundlarda onların üstünlük əldə etməyinin açarı oldu. Belaruslar onlara cavab verdilər, amma raundların onlar üçün çox çətin olduğu açıq aşkar görünürdü. Macarlar oyundaxili vəsaiti nəzərə almadan özlərinə fors raundları həyata keçirməyə icazə verdilər. Nəticədə ikinci xəritə 16-8 hesabı ilə başa çatdı.

İkinci qarşıdurmada Polşanın “Ninja Pjatak” komandası ilə Ukraynanın “Wait for Tag” komandası qarşılaşdılar. İlk xəritə yenidən “Train” oldu. Müdafiəyə başlayan Polşa komandası elə də stabil oyun nümayiş etdirmədi. Tərəflərin dəyişməsinə qədər raund mübadiləsi var idi. Ukraynalılar da öz növbəsində müəyyən qədər raundlarda qalib gələrək müdafiəyə keçməyi üstün tutdular. Nəticədə rəqiblərin hücumlarını əks etdirə bildilər və ilk xəritənin nəticəsi 16-9 oldu.

İkinci xəritə “Nuke” idi.

Bu dəfə Polşalılar oyuna hücum ilə başladılar və bir neçə raundlarda qalib gəlirdilər. Ancaq sonra Ukraynalılar bir daha müdafiədə əla oyun göstərdilər və sonda hissə 11-4 hesabı ilə başa çatdı. Polşa komandası cəmi 2 raund keçə bildilər və Ukraynalılar hücumda kifayət qədər inamlı oyun nümayiş etdirdilər. Bu oyunda nəticə 16-6 oldu.

Nəticədə oyun günü çox maraqlı keçdi.  Komandalar ruhlarını və qələbə istəklərini nümayiş etdirdilər.

Bu gün, 28 mart, Karabakh Horses komandasına dəstək olmaq fürsəti əldə edəcəyik. Saat 19: 00-da canlı yayımımıza qoşulun. Komandamıza birlikdə dəstək olaq!

 

Digər Xəbərlər

Xəbər Lenti

Komanda P W D L Xallar
1 Shirvan Kings 19 10 3 6 33
2 Oghuz Tribes 19 6 5 8 23
3 Ucar Valleys 19 6 4 9 22
4 Khachmaz Fishers 19 5 3 11 18
5 Ismayil Cavanshir To. 19 5 3 11 18

Ən Son Oyunların Nəticəsi

Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş turnir.
2021-06-29 10:50:32

Solipsistics

2

Exit Frags

0
Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş turnir.
2021-06-29 10:50:32

Germanitas eSports

2

VIA Clan

0

Bizim Partnyorlarımız