Counter-Strike: Global Offensive

İkinci oyun gününün icmalı

2021-03-29 21:24:17

“Xəmsə” turnirinin 2-ci oyun gününü bir çoxları gözləyirdi. Turnir öncəsi heyətini dəyişən Karabakh Horses komandası güclü hesab edilən Selected İnvaders Makedoniya komandasına qarşı mübarizəyə çıxırdı. Birinci xəritə “Inferno” oldu. Karabakh Horses komandası oyuna müdafiə ilə başladı. Oyun olduqca gərgin keçirdi.

Karabakh Horses-in qalibiyyətiylə başa çatan birinci pistolet qarşıdurmasından sonra komandamız raundlarda gücdən imtina etdilər və bir sıra mübadilə raundlardan sonra Makedoniya komandası qəfil raundlar qazanmağa başladı və nəticədə oyunun ilk yarısı 10-5 hesabı ilə başa çatdı. Təəssüf ki, hücumda Karabakh komandası cəmi 4 raund qazana bildi və inamlı oyun göstərən Makedoniya komandası ilk xəritədə qazanılan qələbəni öz hesabına yazdırdı.

İkinci xəritə “Mirage” oldu. Makedoniyalılar hücuma başladılar və qarşısına çıxan hər bir şeyi darmadağın etməyə başladılar. Raundlarda qalib gələrək, onlar çox cəld və özünə inamlı şəkildə oynayırdılar. Karabakh komandasına bu cür hücumların qarşısını almaq olduqca çətin idi. Və beləcə, birinci hissə 11-4 hesabı ilə yekunlaşdı. Komandların yerdəyişimindən sonra Karabakh komandası hücumda əks cavabı verə bildi, lakin bu cavab yetərincə olmadı, və nəticədə ikinci xəritədə hesab 10-16, ümumi oyunda isə hesab 2-0 bərabər oldu.

İkinci oyunda Slovakiyadan olan Dark Tigers komandası Gürcüstanın Protos komandası ilə qarşılaşdı. İlk xəritə “Inferno” oldu, tərəflər dəyişənə qədər matçın başlanğıc hesabı bərabər idi. İlk hissə 8-7 hesabı ilə Slovakların xeyrinə başa çatdı. Slovaklar rəqiblərinə hücum şansı buraxmadılar. Və nəticədə hesab 16-8 olaraq başa çatdı. İkinci xəritə “Vertigo” idi. Slovaklar oyuna olduqca qorxaqcasına başladılar, gürcülər ilk raundlarda vuruşa bildilər, ancaq bir anda oyun kəskin şəkildə dəyişdi və Slovaklar ilk hissədə müdafiə tərəfdən mübarizədə 11 raund qazandılar. Komanda yerdəyişimindən sonra komandalar raund mübadiləsi edirdilər, lakin Slovaklar öz məqsədlərindən əl çəkmədiər. Və nəticədə hesab 16-8 və ümumi hesab 2-0 oldu.

Yeni buraxılan xəbərləri izləyin və ən son tədbirlərdən xəbərdar olun!

Digər Xəbərlər

Xəbər Lenti

Komanda P W D L Xallar
1 Shirvan Kings 19 10 3 6 33
2 Oghuz Tribes 19 6 5 8 23
3 Ucar Valleys 19 6 4 9 22
4 Khachmaz Fishers 19 5 3 11 18
5 Ismayil Cavanshir To. 19 5 3 11 18

Ən Son Oyunların Nəticəsi

Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş turnir.
2021-06-29 10:50:32

Solipsistics

2

Exit Frags

0
Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş turnir.
2021-06-29 10:50:32

Germanitas eSports

2

VIA Clan

0

Bizim Partnyorlarımız