Counter-Strike: Global Offensive

Üçüncü günün oyun icmalı

2021-03-30 20:57:16

3-cü oyun günü bizə 2 maraqlı oyun vəd edirdi. Birinci oyunda Gürcüstanın Manaspa komandası Belorusiyanın Zorka komandası ilə qarşılaşdı. Birinci xəritə “Train” idi. Zorka komandası oyuna çox inamlı başladı. Onlar yaxşı müdafiə olunaraq 11 raund qazandılar. Komanda yerdəyişimindən sonra elə görünürdü ki, gürcülər matçda əzmkarlıq nümayiş etdirə bilərlər, lakin Beloruslar göstərdilər ki, onların bu oyun üçün öz planı var, və gürcülərə cəmi bir raund məğlub olmaqla oyunda 11 raund qazandılar. Və beləcə, 1-ci xəritə 16-5 hesabı ilə yekunlaşdı.

2-ci xəritə “Dust 2” idi. Zorka komandası yenə də oyuna özünə inamlı şəkildə başladı, və hesabın 9-1 olmasından sonra bir çoxları hesab edirdilər ki, oyunun taleyi artıq bəllidir, lakin gürcülər əks hücum göstərərək hesabı 9-6 edə bildilər. Pistolet qarşıdurmasında gürcülər göstərdilər ki, hər raundda mübarizəyə hazırdılar, və beləcə, 7-ci raundda da qalib gəldilər. Gürcülərin bir çox cəhdlərinə baxmayaraq belorus komandası güclü oyun göstərdi və hesabı öz xeyrinə başa vurdu. Nəticə 16-9 bərabər oldu.

Günün 2-ci matçında Polyakların TED komandası ilə Slovakların DEFEATERS komandası qarşılaşdı. Birinci xəritə “Dust 2” oldu. Matçın ilk yarısı çox maraqlı keçdi. Raund mübadiləsi sona çatdı və nəticədə hesab 8-7 Polşalıların xeyrinə oldu. Ancaq hücum tərəfdən Slovaklar əla oyun göstərdilər və rəqiblərinə yalnız 1 raundda qalib olmağa imkan verdilər. Nəticədə ilk xəritədə hesab 16-9 bərabər oldu.

İkinci xəritə “Mirage” idi. Yenə də ilk yarının mümkün qədər yaxın hesabda olduğu ortaya çıxdı. Hesab 8-7 indi Slovakların lehinə odu.  Ancaq burada da sonda tamamilə eyni vəziyyət. Slovaklar müdafiədən vaz keçmədilər və xəritəni 16-9 hesabı ilə sonlandırdılar və 2-0 seriyasında qalib gəldilər.

Bu gün oyunun ilk mərhələsinin son günüdür, maraqlı matçları qaçırmayın! Sevdiyiniz komandalara dəstək olmaq üçün canlı yayımımıza qoşulun!

Digər Xəbərlər

Xəbər Lenti

Komanda P W D L Xallar
1 Shirvan Kings 19 10 3 6 33
2 Oghuz Tribes 19 6 5 8 23
3 Ucar Valleys 19 6 4 9 22
4 Khachmaz Fishers 19 5 3 11 18
5 Ismayil Cavanshir To. 19 5 3 11 18

Ən Son Oyunların Nəticəsi

Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş turnir.
2021-06-29 10:50:32

Solipsistics

2

Exit Frags

0
Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş turnir.
2021-06-29 10:50:32

Germanitas eSports

2

VIA Clan

0

Bizim Partnyorlarımız