Counter-Strike: Global Offensive

Xəmsənin 4-cü oyun gününün icmalı

2021-03-31 12:50:04

Turnirin 4-cü günü an etibarilə maraqlı oldu.

Günün 1-ci matçında Ukraynanın Marlian komandası Makedoniya komandası Good Game ilə qarşılaşdı. Birinci xəritə “Nuke” idi. Komandalar oyunun başlanğıcından göstərdilər ki, oyuna çox ciddi yanaşırlar. Oyun çox gərgin keçirdi. Davamlı raund mübadiləsi, əzmkar mübarizə və maraqlı anlar. Bu oyunda hər şey yetərli idi. Nəticə etibarilə Ukraynalılar 10-15 hesabına çatdılar, lakin onlar rəqib komandaya hesabı bərabərləşdirməyə imkan verdilər və əlavə vaxta keçid etdilər. Bir anlıq çox ciddi bir mübarizədə Makedoniyalılar yenə də ilk xəritədə məğlub oldular. Və yekun hesab 19-17 oldu.

İkinci xəritə “Mirage” oldu. Və yenə oyunun sonuna qədər əzmkar mübarizə izləndi. Raund mübadiləsi isə yekun hesabı Marlian komandasının xeyrinə dəyişdi. 16-14.

Növbəti matçda Azərbaycan komandası GMT Macarıstanın BEE komandası ilə qarşılaşdı. Birinci xəritə “İnferno” oldu. Oyunun birinci yarısında GMT müdafiədə oynayırdı. Əzmkar mübarizədə təmsilçilərimiz özlərini toparladı və oyunun birinci yarısında 9 raund qazandılar. Hücum tərəfdən oynanılan pistolet mübarizəsində qalibiyyət, təmsilçilərimizə matçı sərbəst şəkildə sonlandırmağa imkan verdi. Və nəticədə inamlı oyun göstərərək, təmsilçilərimiz hesabı 16-9 öz xeyrinə yekunlaşdırdı.

İkinci xəritə “Dust 2” oldu. Və burada da vəziyyət çox maraqlı idi. Macarlar bir araya gəldi və çox maraqlı oynamağa başladı. İlk yarıda rəqiblərini 12-3 hesabı ilə məğlub etdilər. Xəritəni yekunlaşdırmaqda çətinlik çəkmədilər. Kartın son hesabı 16-5 oldu və komandalar 3-cü xəritəyə yollandı.

3-cü xəritə “Train” oldu. Təmsilçilərimiz matça özünə inamlı şəkildə başladılar və hesabı 8-2 etməyi bacardılar. Daha sonra isə rəqib komanda özünə gəldi və mübarizə apararaq hesabı 9-6 çatdıra bildi. Bir qədər sonra GMT komandası ilə nəsə qəribə bir şey baş verdi, və onlar bir çox raundlarda məğlub oldular. Amma, özündə güc taparaq geri dönüş edə bildi və hesabı 16-12 çatdıra bildi. Bu da yetərli olmadı və nəticədə 16-12 hesabı və yekun nəticədə 2-1 hesabı ilə macarlar önə keçdi.

Sabah bizi turnirin növbəti mərhələsi gözləyir.

Qarşılaşmalarının qalibləri öz aralarında ən yaxşı komandanı müəyyən edəcəklər.  Canlı yayımımıza qoşulun və sevdiyiniz komandaya dəstək olun!

Digər Xəbərlər

Xəbər Lenti

Komanda P W D L Xallar
1 Shirvan Kings 19 10 3 6 33
2 Oghuz Tribes 19 6 5 8 23
3 Ucar Valleys 19 6 4 9 22
4 Khachmaz Fishers 19 5 3 11 18
5 Ismayil Cavanshir To. 19 5 3 11 18

Ən Son Oyunların Nəticəsi

Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş turnir.
2021-06-29 10:50:32

Solipsistics

2

Exit Frags

0
Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş turnir.
2021-06-29 10:50:32

Germanitas eSports

2

VIA Clan

0

Bizim Partnyorlarımız