Counter-Strike: Global Offensive

Xəmsə turnirinin 4/1 final günün ilk matçinın icmalı

2021-04-01 19:05:07

4/1 finalın ilk matçında Macarıstanın Budapest Five komandası Ukraynanın Wait for Tag komandası ilə qarşılaşdı.

Matç olduqca maraqlı və gərgin olmağı vəd edirdi. Birinci xəritə “Mirage” oldu. Komandalar dərhal göstərdilər ki, sona qədər vuruşmağa hazırdırlar. Komandalar tərəfindən qazanılan gözəl raundlar hesabı 16-13 edərək Ukrayna komandasının xeyrinə yazdı.

İkinci xəritə “Vertigo” idi. Komandalar yenə əzmkar oyun nümayiş etdirdilər. Gərgin qarşıdurma nəticəsində oyunun hesabı 15-15 oldu və komandalar əlavə vaxta yollandılar. Burada Macarıstan komandası güclü oynayaraq 19-17 hesabı ilə qalib oldu.

Üçüncü xəritə “Nuke” idi. Burada da hesab demək olar ki, oyunun sonuna qədər eyni qaldı, amma daha təcrübəli macarlar gözəl oyun nümayiş etdirərək hesabı 16-12 öz xeyrlərinə yazdı. Bununla da yarımfinala vəsiqə qazandılar.

Matçın ikinci oyununda Makedoniyanın Selected İnvaders komandası Slovakiyanıın Dark Tigers komandası ilə qarşılaşdı.

Birinci xəritə “Mirage” oldu. Bu xəritədə keçirilən birinci matçdan fərqli olaraq, gərgin mübarizə yaşanmadı. Oyun bir tərəfli oldu və 16-5 hesabı ilə Slovakiya komandasının xeyrinə bitdi.

İkinci xəritə “Nuke” oldu. Burada makedonlar hərəkətə keçdilər. Müdafiəni özünə inamsız başladılar, lakin hücum tərəfdən möhtəşəm oyun nümayiş etdirdilər və hesabı 16-14 edərək öz xeyrlərinə yazdılar.

Matçın taleyini üçünvü xəritə “Dust 2” həll etdi. Burada slovaklar artıq öz məqsədlərindən vaz keçmədilər. Hər iki mövqedən inamlı oyun, və cəmi 4 oyunçu ilə oynamaqları qələbəni əldən verməylərinə səbəb olmadı.

Bugün bizləri yarımfinalın qalan iki oyunu gözləyir. Canlı yayımımıza qoşulun və möhtəşəm CS matçlarını izləyin!

Digər Xəbərlər

Xəbər Lenti

Komanda P W D L Xallar
1 Shirvan Kings 19 10 3 6 33
2 Oghuz Tribes 19 6 5 8 23
3 Ucar Valleys 19 6 4 9 22
4 Khachmaz Fishers 19 5 3 11 18
5 Ismayil Cavanshir To. 19 5 3 11 18

Ən Son Oyunların Nəticəsi

Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş turnir.
2021-06-29 10:50:32

Solipsistics

2

Exit Frags

0
Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş turnir.
2021-06-29 10:50:32

Germanitas eSports

2

VIA Clan

0

Bizim Partnyorlarımız