Happy Wheels

Happy Wheels

2021-04-20 15:20:28

Bir neçə il əvvəl demək olar ki bütün letspleyerlər “youtube”-u Happy Wheels oyunun videoları ilə doldurmuşdular. Elələri var idi ki, onların paylaşdığı videoların sayı artıq yüzü keçirdi.  Ancaq onlar bu monotonluqdan bezdilər, və həm də auditoriya nəsə yeni bir şey görmək istəyirdi. Üstündən bir neçə il keçdikdən sonra bu oyun mobil telefonlar üçün çıxmağa başlayır, amma originalın əhatə etdiyini özündə əhatə etmirdi.

Oyunun portativ variantının bu qədər gec hazırlanması maraqlıdır, lakin bu oyunda bir şey demək olar, oyun sanki keçmişdən bir qonaq kimidir. PC versiyada Happy Wheels, həm oyunçu icması tərəfdən, həm də səviyyə baxımdan həmişə inkişaf edirdi. Mobil versiyası o qədər az səviyyə təklif edir ki, bütün oyunu bir saat ərzində keçmək olar.

Oyunla tanış olmayanlara onu belə izah etmək olar: A nöqtəsindən B nöqtəsinə ölmədən çatmaq lazım gəldiyi sərt bir arkadadır. Personajlar arasında invalid oturacaqında əyləşən baba, supermarket arabasını özü ilə daşıyan kök qadın və başqaları var. Mobil versiyada isə cəmi bir personaj var – o da ki, kostyumlu iş adamı. Ümid edirik ki, gələcəkdə personajlar çoxalacaq.

Finişə yaxın olan əngəllər, adətən ölümcüldürlər. Bizlər, yuxarıdan aşan obyektlər, aşağıya doğru irəliləyən platformalar, hətta arbaletlər belə oyunu keçməyi çətinləşdirə bilər. Məsələ orasındadır ki, personajın bədəni bir neçə hissəyə ayrıdır, və hər-hansı bir zərbə ucbatından o, zərbə gələn hissədən məhrum ola bilər. Hündürlüydən tullandıqda adətən ayaqlarını itirir, və sonra yuxarıdan artıq tullana bilmir. Finişə qarantiyalı şəkildə çatacaqdır, amma bu yolda bir neçə hissəsindən məhrum olacaqdır.

Hərdən hər-hansı bir səbəbdən qəhrəmanın nəqliyyat vasitəsi sınacaq. Bu zaman personajı siqveysiz finişə çatdırmaq lazımdır. Belə anda qəhrəmanın ayrı-ayrılıqda hissələrini tərpədə bilməyəcəksiniz, düymələrə basaraq qəhrəmanın pozasını dəyişməyə çalışacaqsınız. Lazım olduqda hər-hansı bir yerdən tuta bilərsiniz – yalnız o zaman qəhrəman atlana bilər və uzun məsafələri qət edə bilər. Amma, çox zaman səviyyəni yenidən başlamaq daha məqsədə uyğundur.

Mobil versiya kostyumlu iş adamı üzərindən oynanılan 15 səviyyə təklif edir. Bəzi səviyyələr çox sadədir, bəziləri isə davamlı və çətindilər, amma hamsını tez keçmək mümkündür. Oyunun fizikası məzəlidir, hərçənd  ki, onu realistik etməyə çalışıblar.
 


Bu oyunun kompüter versiyası oyunçular icmasının yaratdığı səviyyələrə görə inkişaf edirdi. Təəsüf olsun ki, onlar artıq bir ildən çoxdur ki, yeniliklər hazırlamırlar, və hazırladıqları da köhnə səviyyələrə əsaslanır. Amma bu qədər lazımsız şeylər arasında, heç olmasa bir dənə maraqlı bir şey tapmaq olar. Mobil versiya isə belə bir şeylər təklif etmir.

Oyunun redaktoru var, amma ondan heç bir xeyir yoxdur. Öz yaratdıqlarını dostlarınla email vasitəsilə bölüşə bilərsən. Amma oyunçuların paylaşa biləcəyi ümumi bir sistem hələki yaradılmayıb. Belə bir şeyin baş verəcəyi gözləniləndir, amma digər qəhrəmanların gəlişindən sonra.

Bu oyunu bir çoxları mobil platformalarda görmək istəyirdi, lakin bu qədər vaxtdan sonra və belə bir vəziyyətdə yox. əvvəldən yaradılan səviyyələr artıq maraqlı gəlmir, maraqlı gələn oyun icmasının yeni yaradıcılığıdır. Mobil versiya original versiyadaki şeyləri özündə əhatə etmir, buna görə də, reliz versiya çıxmayana qədər onu məsləhət görməyəcəyik. Oyunun potensialı var, amma onun hansı sürətlə hazırlanması elə də ürək açan deyil.

Digər Xəbərlər

Xəbər Lenti

Komanda P W D L Xallar
1 Shirvan Kings 19 10 3 6 33
2 Oghuz Tribes 19 6 5 8 23
3 Ucar Valleys 19 6 4 9 22
4 Khachmaz Fishers 19 5 3 11 18
5 Ismayil Cavanshir To. 19 5 3 11 18

Ən Son Oyunların Nəticəsi

Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş turnir.
2021-06-29 10:50:32

Solipsistics

2

Exit Frags

0
Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş turnir.
2021-06-29 10:50:32

Germanitas eSports

2

VIA Clan

0

Bizim Partnyorlarımız