PUBG (MOBILE)

PUBG mobile üzrə turnirin ilk həftəsinin yekun nəticəsi

2021-04-21 14:51:11

PUBG üzrə turnirdə birinci oyunun icmalı

Birinci oyun günü birinci qrupun iştirakçıları oynadı. 23 komanda üç xəritədə: Erangel, Miramar və Sanok-da mübarizə apardılar. Birinci xəritədə 13 kill, möhtəşəm oyun və böyük fərqlə Team of Turan qalib oldu. 2-ci yeri Rayt Team komandası, 3-cü yeri isə AXC AGRIOUS komandası tutdu.

İkinci xəritə bizə ALL STAR və K13 komandaları arasında yaşanan gözəl bir mübarizə nümayiş etdirdi. Xəritənin finalında ALL STAR komandasının oyunçuları, 14 kill edərək daha güclü oldular və 1-ci yeri tutdular. K13 komandası 16 kill ilə ikinci, HG Team komandası isə üçüncü oldu.

Üçüncü xəritə birinci xəritənin oyununu xatırlatdı. Burada əzmkar mübarizə yaşanmadı, və MAX MAIN komandası 18 kill ilə 1-ci yerə yiyələndi. İkinci yerdə Prison Team komandası, üçüncü yerdə isə K13 komandası qərarlaşdı.

Ümumi xal etibarilə komandaların ilk 5-lik siyahısı:

1) К13 – 47 xal

2) MAX MAIN – 44 xal

3) Team Of Turan – 34 xal

4) ALL STAR – 32 xal

5) Prison Team – 32 xal

PUBG üzrə turnirdə ikinci oyun gününün icmalı

İkinci oyun günü ikinci qrupun iştirakçıları oynadı. 23 komanda üç xəritədə: Erangel, Miramar və Sanok-da mübarizə apardılar. Birinci xəritədə möhtəşəm oyun nümayiş etdirərək və 14 kill edərək swsSAVEGE komandası qalib oldu.

İkinci xəritə daha həyəcanverici keçdi. Burada NEON komandasının oyunçuları gözəl oyun göstərərək 14 kill ilə birinci yerə nail oldular. İkinci yeri 3 oyunçu ilə oynayan LOST, üçüncü yeri isə nwwOLD komandası tutdu.

Üçüncü xəritə olduqca cəld keçdi. swsSAVEGE komandası 13 kill ilə yenə birinci yeri tutdu. İkinci yeri Dirty Dreamers, üçüncü yeri isə Arcangels Team komandası tutdu.

Ümumi xal etibarilə komandaların ilk 5-lik siyahısı:

1) swsSAVAGE – 71 xal

2) NEON – 44 xal

3) Dirty Dreamers – 37 xal

4) United Turan – 28 xal

5) LOST – 28 xal

PUBG üzrə turnirdə üçüncü oyun gününün icmalı

 

Üçüncü oyun günü üçüncü qrupun iştirakçıları qarşılaşdı. 23 komanda üç xəritədə: Erangel, Miramar və Sanok-da mübarizə apardılar.  Birinci xəritədə NEXT komandası özünə inamlı, gözəl oyun və 11 kill ilə 1-ci oldu. İkinci yerdə Eight Team, üçüncü yerdə isə NEON X komandası qərarlaşdı.

İkinci xəritə maraqlı anları ilə yadda qaldı.

W4T cycle komandası üstünlüyü ələ aldı və hətta 19 kill etdi, lakin yalnız 2-ci yerə çıxa bildi. Onları 6 kill ilə Neon girls komandası geridə qoydu. Üçüncü yerdə isə Energy boys komandası qərarlaşdı.

Üçüncü xəritə an etibarı ilə tez keçdi. Komandalar dəqiq oynasa da, NEON X komandası özünü yaxşı tərəfdən göstərməyi bacardı. Onlar 8 kill ilə 1-ci yeri tutdular. Eight Team ikinci, Star Extreme isə üçüncü oldu.

Ümumi xal etibarilə komandaların ilk 5-lik siyahısı:

1) W4T Cycle – 44 xal

2) NEXT main – 44 xal

3) NEON X – 44 xal

4) Eight Team – 41 xal

5) Neon Girls – 33 xal

Bugün bizi dördüncü qrupun oyunları gözləyir. Canlı yayımımıza qoşulun və sevimli komandanıza dəstək olun!

PUBG üzrə turnirdə dördüncü oyun gününün icmalı.

Dördüncü oyun günü dördüncü qrupun iştirakçıları qarşılaşdı. 23 komanda üç xəritədə: Erangel, Miramar və Sanok-da mübarizə apardılar. Birinci xəritədə 16 kill və möhtəşəm oyun King Bank Account komandası ilə 1-ci yeri tutdu. İkinci yerdə Clay Energy, üçüncü yerdə isə Clay Alpha qərarlaşdı.

İkinci xəritə olduqca ləng keçdi. Clay Energy birinci xəritədə qələbə qazanmaq üçün özünə gəldi, və 6 kill ilə 1-ci yeri tutdu. King Bank Account ikinci, Dirty NoName komandası isə üçüncü oldu.

Üçüncü xəritə əvvəlki kimi cəld keçir. Burada Clay GLA komandası səviyyəli oyun nümayiş etdirdi və 4 kill ilə 1-ci yeri tutdu. İkinci yerdə 13 kill ilə Team Pua komandası, üçüncü yerdə isə hər xəritədə möhtəşəm oyun nümayiş etdirən və 13 kill edən Clay Energy komandası qərarlaşdı.

Ümumi xal etibarilə komandaların ilk 5-lik siyahısı:

  1. Clay energy – 62 xal
  2. King Bank Account – 55 xal
  3. Team Pua – 46 xal
  4. Clay GLA – 30 xal
  5. ComeBack – 27 xal

Bugün bizi beşinci qrupun oyunları gözləyir. Canlı yayımımıza qoşulun və sevimli komandanıza dəstək olun!

Beşinci oyun günü beçinci qrupun iştirakçıları qarşılaşdı. Birinci xəritədə Us gangater yaxşı oyun göstərərək və 10 kill edərək 1-ci yerə çıxdılar. İkinci yerdə Mixed Crew komandası, üçüncü yerdə isə China Town komandası qərarlaşdı.

Ikinci xəritədə RAG ESPORTS 12 kill ilə 1-ci yeri tutdular. İkinci yeri US gangater, üçüncü yeri isəANGST RED komandası tutdu.

Üçüncü xəritədə WIWO extra komandası 6 kill ilə birinci yeri tutdu. İkinci yeri xanSPY komandası, üçüncü yerdə isə Us gangater komandası tutdu.

Ümumi xal etibarilə komandaların ilk 5-lik siyahısı:

1) Us gangater – 62 xal

2) RAG ESPORTS – 36 xal

3) Mixed Crew –31 xal

4) xanSPY – 29 xal

5) ANGST RED – 27 xal

 

 

 

Digər Xəbərlər

Xəbər Lenti

Komanda P W D L Xallar
1 Shirvan Kings 19 10 3 6 33
2 Oghuz Tribes 19 6 5 8 23
3 Ucar Valleys 19 6 4 9 22
4 Khachmaz Fishers 19 5 3 11 18
5 Ismayil Cavanshir To. 19 5 3 11 18

Ən Son Oyunların Nəticəsi

Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş turnir.
2021-06-29 10:50:32

Solipsistics

2

Exit Frags

0
Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş turnir.
2021-06-29 10:50:32

Germanitas eSports

2

VIA Clan

0

Bizim Partnyorlarımız