Kiberidman nədir?

2020-11-06 15:14:49

Kiberidman videoyunlar əsasında təşkil olunan yarışdır. Çoxları kiberidmanın müstəqil idman növü kimi qiymətləndirilməsinin əleyhinədir. Onlar düşünür ki, idman fiziki hazırlıq və güc tələb edir. Ancaq gəlin şahmata nəzər salaq. Heç kim şahmatın idman növü olduğunu inkar edə bilməz. Halbuki şahmat oynamaq üçün heç bir fiziki hazırlıq tələb olunmur. Bu baxımdan şahmat kiberidmana yaxındır. Hətta demək olar ki, bəzi kiberidman oyunları, misal olaraq Starcraft 2 üçün şahmatçıların bəzi  bacarıqları tələb olunur. Bəs onun yaranma tarixi haqqında nələri bilirik?

Bildiyiniz kimi, əvvəllər internetdən yalnız hərbçilər və çox az sayda alimlər istifadə edirdi. Yəni, adi insanlar videoyunlarda bizim adət etdiyimiz kimi yarışmırdılar. Mübarizə eyni virtual məkanda baş vermirdi və hər kəs eyni oyun qurğusunda növbə şəklində daha yaxşı nəticə göstərmək uğrunda yarışırdı.

1972-ci ildə ABŞ-ın Stenford Universitetinin 24 tələbəsi Spacewar kompüter oyunu üzrə turnir təşkil etmək qərarına gəldi. Turnirin qalibi Rolling Stone jurnalına illik abunəyi qazandı. Məhz bu yarışma kiberidman tarixinin başlanğıcı hesab olunur.

1980-ci ildə Space Invaders üzrə çempionatda ABŞ-ın 10 minə qədər geymeri iştirak etmişdi. O zaman elektron idmanı bazara yeni daxil olan oyun əlavələri əsasında inkişaf edirdi. Nintendo və Sega Genesis oyunlarının meydana gəlməsi ilə bir sıra şirkətlər insanların videooyunlara cəlb edilməsinə xeyli vəsait xərcləməyə başladılar.

90-cı illərdə kompüter oyunlarının geniş yayılmasında əsl sıçrayış yaşandı. Artıq iştirakçılar Quake və Warcraft oyunları üzrə qalibiyyət uğrunda mübarizə aparırdı. 1998-ci ildə StarCraft strategiyasının meydana gəlməsi ilə çoxsaylı azarkeşləri toplamağa başlayan kiberidman meynstrimə çevrildi.  Bir sıra iri yarışmalar təşkil olundu, Cyberathlete Professional League, Professional Gamers League kimi peşəkar liqalar yarandı. Onlar kiberidmanın dünyada yayılmasını, populyar Counter-Strike və Quake üzrə müntəzəm turnirlərin keçirilməsini özlərinə məqsəd qoydular.

Əsl kiberidman bumu isə 2000-ci illərin əvvəllərində Cənubi Koreyada yaşandı. Ölkənin tələbələri, məktəbliləri və ümumiyyətlə gəncləri öz zamanını internet-kafelərdə məhz oyun arxasında keçirməyə üstünlük verirdilər.

Müasir dövrdə kiberidman yarışları hər il dünyanın bir çox ölkəsində təşkil olunur. Həmin turnirlər birbaşa, internet vasitəsilə yayımlanır və böyük auditoriyanı toplayır. 2000-ci ildən hər il təşkil olunan World Cyber Games turniri kiberidman üzrə Olimpiya oyunları hesab edilir. 

2011-ci ildə Twitch.tv platforması işə düşəndən sonra seyrçilər veb-sayta daxil olaraq, League of Legends və Dota2 oyunlarını canlı izləmək şansını qazandı. Bu da tamaşaçı auditoriyasının həndəsi silsilə ilə artmasına səbəb oldu. Qeyd edək ki, 2014-cü ildə Amazon şirkəti Twitch.tv-ni əldə etdi. Bununla da kiberidmana böyük biznes daxil oldu.

2011-ci ildə insanların ixtiyarına verilən Dota 2 üzrə The International turniri kiberidman turnirləri arasında mükafat fonduna görə rekord vurmaqdadır. The International 2019 turnirində nə az, nə çox, düz 34 milyon ABŞ dolları oynanıldı. Maraqlıdır ki, bəzi kiberidman çempionatları idman stadionlarında keçirilir. Misal üçün, qeyd etdiyimiz The International 2019 turnirinin play-off matçları Şanxayın “Mercedes-Benz-Arena”sında təşkil olunmuşdur. League of Legends üzrə Dünya çempionatı da elektron idmanının nüfuzlu yarışmalarındandır.

2012-ci ildə Counter-Strike: Global Offensive oyunu buraxıldı və kiberidman aləminin ən əsas şuter oyununa çevrildi. Kompüter oyunları istehsalçısı Valve şirkəti CS:GO oyunu üzrə ildə mükafat fondu 1 milyon dollar olan iki böyük turnir – meycor (major) təşkil edir.

Son illər kral döyüşü janrı kifayət qədər populyarlıq qazanmağa başlayıb və PUBG oyununu bu janrın katalizatoru hesab edilir.

2016-cı ildə Ümumdünya Kiberidman Assosiasiyası yaradıldı. Təsəvvür etmək çətin olsa da, 2020-ci ilin sonuna kiberidmanın illik dövriyyəsinin 5 milyard dolları ötəcəyi proqnozlaşdırılır və bu göstəriciyə görə elektron idman xokkey və basketbolu geridə qoyacaq.

2015-ci ildə Koreya Elektron İdman Növləri Assosiasiyası kiberidmanı ikinci dərəcəli olimpiya sahəsi kimi tanıdı. Beynəlxalq Olimpiya Komitəsi 2024-cü ildə Parisdə təşkil olunacaq Olimpiya oyunlarında kiberidman üzrə nümunəvi yarışmanın təşkil olunmasını planlaşdırır. Məqsəd isə kiberidmanın idman növü kimi populyarlığını artıartırmaqdı.

Digər Xəbərlər

Canlı Yayımımız

Canlı

Xəbər Lenti

Komanda P W D L Xallar
1 Kotyara 0 0 0 0 0
2 Kotyara 0 0 0 0 0
3 ALASGARLI29 0 0 0 0 0
4 RS_GAMERS 0 0 0 0 0
5 ZlionS 0 0 0 0 0

Ən Son Oyunların Nəticəsi

QARABAĞ AZƏRBAYCANDIR
2020-11-24 12:27:38

Lankaran Heroes

2

Khizi Mountains

0
QARABAĞ AZƏRBAYCANDIR
2020-11-24 11:08:55

Karabakh Horses

2

Balakhani Oilers

0

Bizim Partnyorlarımız