FIFA

Cavid Qurbanov: “Transferimdən 5 000 manat  qazanmışam”

2021-04-22 16:20:37

Ötən həftə kiberidman üzrə yarışlar təşkil edən “Gaming League Azerbaijan” ilk transferini rəsmiləşdirdi. “Gaming League Azerbaijan”ın yetirməsi Cavid Qurbanov 25 min manat qarşılığında GMT Esports - “Guardians of the Maiden Tower” - “Qız Qalasının keşikçiləri” klubu ilə rəsmi müqavilə imzaladı.

Kiberidmanda 25 min manatlıq transferin səbəbkarı kimdir? Oxucularımızı Cavid Qurbanovla daha yaxından tanış etmək qərarına gəldik. 

Dosye: Cavid Qurbanov1999-cu ildə Bakıda anadan olub. GLA tərəfindən keçirilən Milli Liqa yarışlarında qələbə qazanıb və dəfələrlə mükafatçılar sırasında yer alıb. Cavid MDB Çempionatında Azərbaycan üzrə ən yüksək nəticəni göstərib. O, FİFA EuroCup turnirində 2-ci yeri tutub.

- Kiberidmana gəlişi necə baş tutdu?

- Uşaq yaşlarından futbola böyük marağım var idi. Asudə vaxtlarımda kompyuterdə futbol oynayırdım. Bir müddər sonra artıq FİFA üzrə turnirlərdə iştirak etməyə başladım.

- Böyük futbolda hansı kluba azarkeşlik edirsən?

- Sevimli klubum “Mançester Yunayted”dir. Azarkeşi olduğum futbolçu Kriştiano Ronaldodur. Milli komandalar arasında Portuqaliya yığmasının uğurlarına daha çox sevinirəm.

-  Ümumiyyətlə kompyuter oyunlarına münasibətiniz necədir?

-Münasibətim əladır. Kompyuter vasitəsi ilə asudə vaxtını maraqlı keçirirəm. Üstəlik pul da qazanıram, karyera qurmuşam. Kiberidman həyat tərzimdi. Arzularıma bu oyun vasitəsi ilə çatmışam. İndi əksər yarışlar onlayn baş tutur. Belə turnirlərdə sosiallaşmaq olur. Yəni yeni dostlarla tanış olursan. Hətta ingilis dilini təkmilləşdirmək mümkündü.

- GLA-dan başqa şirkətin komandasına keçidini necə qiymətləndirirsiniz?

- İlk dəfə müqavilə imzaladığım peəkar komanda “Gaming League Azerbaijan” (GLA) şirkəti olub. GLA-ya qoşulduğum ilk gündən maddi və mənəvi dəstək görmüşəm. GMT-yə transferimdən razıyam. Bundan sonra yeni komandamın uğurları üçün çalışacam.

-  Transferin 25 min manat dəyərindədir. İlk bahalı transfer olmaq necədi?

- Azərbaycan tarixində ilk bahalı transfer olmaq maraqlıdı. GMT şirkətinə təşəkkür edirəm. Mənə inandıqları üçün. Bu dəyəri doğrultmağa çalışacam. Fikrimcə bu başlanğıcdır. Çox istəyərdim gələcəkdə transferlər daha bahalı olsun.

- 25 min manatdan nə qədəri sizə çatdı?

- Müqaviləyə görə 25 min manatdan bir hissəsi mənə aiddir. Dəqiq söyləsək 5 min manat.

- Gələcəkdə GMT-də uğur qazanandan sonra qayıdışınız mümkündü. Yəni GLA-ya transferiniz mümkündü?

- (gülür) maraqlı sualdı. Zaman göstərəcək.

-  Kiberidmanla yeni məşğul olan gənclərə məsləhətiniz nədir.

- İlk növbədə təhsilə ciddi yanaşmağı məsləhət görərdim. Çünki peşəkar kiberidmançı digər sahələrdə olduğu kimi savadlı olmalıdı. Asudə vaxtlarında kiberidman üzrə master klassları izləmək yaxşı olardı. Təcrübələrini artırardılar. Sonra turnirlərdə iştirak etməklə oyun səviyyələrini yüksəltmək imkanları yaranacaq.

- Beynəlxalq arenada ən çətin yarışınız hansı olub?

- Rusiya Peşəkar Liqasında iştirak edərkən Moskva “Lokomotiv”inin oyunçusuyla oyun ən çətin mübarizələrdən biri kimi yadda qalıb. İlk hissədə 1-0 hesabıyla öndə olmağıma baxmayaraq fasilədən sonra üstünlüyü qoruya bilmədim. Yekunda 1-2 hesabıyla uduzdum. Qeyri-adi hisslər keçirirdim. Axı udmağa çox yaxın idim. Rəqibim dünyada TOP-20 reytinq siyasına daxil idi. Təcrübəli olduğu üçün oyunu xilas etməyi bacarmışdı.

- Gələcək planlarını bilmək istərdik…

- Kiberidman Asiya Oyunlarının proqramına daxil edilib. Gələcəkdə kiberidmanın böyük kütləvi yarışlarda təmsil  olunacağını gözləyirəm. Əlbəttə GMT-nin heyətində qələbələr qazanmaq istərdim.

Digər Xəbərlər

Xəbər Lenti

Komanda P W D L Xallar
1 Shirvan Kings 19 10 3 6 33
2 Oghuz Tribes 19 6 5 8 23
3 Ucar Valleys 19 6 4 9 22
4 Khachmaz Fishers 19 5 3 11 18
5 Ismayil Cavanshir To. 19 5 3 11 18

Ən Son Oyunların Nəticəsi

Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş turnir.
2021-06-29 10:50:32

Solipsistics

2

Exit Frags

0
Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş turnir.
2021-06-29 10:50:32

Germanitas eSports

2

VIA Clan

0

Bizim Partnyorlarımız