Counter-Strike: Global Offensive

Kiberidmanda qalmaqal

2021-06-04 13:08:31

Ukrayna komandası dələduzluğda ittiham edilir.

AKUMA NAVI və Virtus.pro klublarına qalib gəlib. Lakin oyunçular və mütəxəssislər bu komandanın hiyləyə əl atdığını deyirlər.

Ukrayna komandası Akuma CS: GO - EPIC CIS League Spring 2021 regional RMR-turnirində üçüncü yeri tutub. Bütün ukraynalı heyət isə turnirin kəşflərindən biri olub.

Lakin turnir bitdikdən sonra komandanın fırıldaqçılığından şübhələnməyə başlayıblar. Güman edilir ki, oyunçular öz rəqiblərinin mövqelərini öyrənmək üçün sürətli radarlardan, ikinci monitorlar və ya bukmeker kontorlarınının məlumatlarından istifadə ediblər.

Cəmiyyətin diqqətini çəkən Akuma-nın oyunlarının bir çox hissəsi internetdə görüntülənməyə başlayıb. İnsayder Aleksey OverDrive Biryukov, Akuma oyunçularının əvvəllər razılaşdırılmış oyunlarda iştirak etdiklərini bildirib.

Keçmiş Natus Vincere oyunçusu və məşqçi Sergey "starix" İşuk da öz şübhələri ilə bölüşüb:

«Mən bir neçə çarxa baxdım. Bilirsiz, amma həqiqətən də Akuma oyunçularının radarla oynadığı açıq aydın görünür ... Onlar hara baxırlar? Və ən əsası, niyə? Bunu heç cürə izah edə bilmirəm» — deyə starix vurğulayıb.

NAVI məşqçisi Andrey "B1ad3" Qorodenskiy, Akuma oyunçularının hiyləyə əl atdıqlarından əmindir:

«Akuma tam dəqiqliklə turnirdə hiylə ilə oynayıb. Mən bundan 400 faiz əminəm. Bir onların xəritə üzərində necə hərəkət etmələrinə baxın. Matçdan əvvəl biz onların strategiyalarını diqqətlə təhlil etdik, çünki uduzmaq istəmirdik. Məsəl üçün bəzi mövqeləri necə sərtləşdirdiklərini ... Biz bunun baş verəcəyini bilirdik, lakin onların sürətli hücumları (push) hər dəfə mənim komandamın idarə etmədiyi istiqamətlərdə olurdu. Virtus.pro ilə matçda da eyni vəziyyət idi» — B1ad3 söyləyib.

Qeyd edək ki, turnirin təşkilatçısı Rusiya Kompüter İdmanları Federasiyası Akuma oyunçularının hesablarını yoxlayıb və heç bir qayda pozuntusu aşkarlamadığını bildirib.

Akuma oyunçuları da bütün ittihamları rədd edirlər.

Digər Xəbərlər

Xəbər Lenti

Komanda P W D L Xallar
1 Shirvan Kings 19 10 3 6 33
2 Oghuz Tribes 19 6 5 8 23
3 Ucar Valleys 19 6 4 9 22
4 Khachmaz Fishers 19 5 3 11 18
5 Ismayil Cavanshir To. 19 5 3 11 18

Ən Son Oyunların Nəticəsi

Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş turnir.
2021-06-29 10:50:32

Solipsistics

2

Exit Frags

0
Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş turnir.
2021-06-29 10:50:32

Germanitas eSports

2

VIA Clan

0

Bizim Partnyorlarımız