Ümumi
Cədvəl
İştirakçılar

Turnir Haqqında

Status
Bitib
Növ
Double Elimination
Qoşulma Növü
Komanda
Ödəniş
Ödənişsiz
Yerlər
12/12

Kompyuter oyunları üzrə XIV Milli Çempionat başlayır
“Gaming League Azerbaijan” (GLA) Gənclər və İdman, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Azərbaycan Kiberidman Federasiyasının dəstəyi ilə  2021-ci ilin ilk turnirinə start verir. DOTA 2 kompyuter oyunları üzrə təşkil olunan XIV Milli Çempionatda 12 komanda mübarizə aparacaq.
Reqlamentə əsasən komandalar bir-biriylə qarşılaşacaq. Məğlub olan kollektiv aşağı səbətə enəcək. Buna baxmayaraq ilk mərhələdə uduzan komandalar əsas finalda (Grand Final) iştirak etmək şansını itirməyəcək.

Ümumi Məlumat

1. Qrup mərhələsi və Playofflar:

1.1. Toplam 12 komanda olacaq.

1.2. Qrup mərhələsi Double-elimination sistemi ilə oynanacaq

1.3. Oyunlar Bo3 formatında keçirilir

 

2. Oyun öncəsi və oyundaxili qaydalar:

2.1 Oyunun rejimi – Captains Mode.

2.2 Qrup mərhələsinin tərtib edilmə prinsipi: Təsadüfi qaydada.

2.3 Əgər hər hansı bir komandanın ən az bir oyunçusu 15 dəqiqə ərzində matç lobbisində slot qazanmadıqda (internetdə yaranan problem, müştəri yenilənməsi quraşdırılırsa, və yalnız oyunçudan asılı olan digər səbəblərdən), bu halda komandaya texniki məğlubiyyət çıxarılır.

2.4 Hər bir komandaya oyundaxili 10 dəqiqə fasilə verilir. Ümumi fasilələrin sayı bütün matç ərzində 5 dəfədən artıq olmamalıdır.

2.5 Fasiləni qaldırarkən təşəbbüskar komanda qarşı tərəfin hazır olub-olmadığını öyrənməlidir. Yalnız rəqib komanda cavab verdikdə, matç davam etdirilə bilər.

2.6 Lobbini yalnız turnir hakimi və ya streamer yarada bilər. Oyunçular lobbiyə daxil olurlar. Qəpik atılır və tərəflər müəyyənləşir. Pick Bandan sonra oyun başlayır. Oyunlar 2 qələbəyə kimi davam edir (Bo3).

 

3. Qadağa olunur:

3.1. Oyunun ən pik/ban fazasında fasilə etmək.

3.2. Rəqibin fasiləsini qaldırmaq (10 dəqiqə), qarşı tərəfi xəbərdar etmədən və ondan oyunun davamı üçün təsdiq almadan öz fasiləsini qaldırmaq. Əgər yuxarıda qeyd olunan hərəkətlər matçın gedişinə ciddi təsir edərsə, bu zaman Hakimin qərarı ilə komandaya texniki məğlubiyyət çıxarılır. Bu halda skrinşot formasında sübutlar təqdim etmək lazımdır.

3.3. Komandanı bir nəfərdən artıq oyunçu tərk etdikdə oyuna davam etmək. Bu halda komanda texniki məğlubiyyət alır.

3.4. Turnir zamanı iştirakçıları və turnirin rəsmilərini hər hansı qaydada təhqir etmək, söyüş söymək, alçatmaq və aldatmaq. - bu kimi qayda pozuntularında komanda xəbərdarlıq və ya texniki məğlubiyyət ala bilər və uduşlardan məhrum ola bilər. Sübut qismində skrinşot təqdim etmək mütləqdiir.

3.5. Qeyri-idman hərəkətlər (qarşıdurmada təxribat yaratmaq, qaydaları manipulyasiya etmək, rəqibə mənəvi təzyiq göstərmək, digər rəqiblərdən üstün olan hər hansı bir proqramdan istifadə etmək). Bu halda Hakim komandaya xəbərdarlıq və ya texniki məğlubiyyət çıxara bilər.

3.6. Qeyri-normativ leksik sözlərdən ibarət oyunçu adı (niki), irqçiliyin təbliğatı və ya digər milliyyətdən olan nümayəndələrə hər hansı digər nifrət ifadəsi.

3.7. Komanda oyunçularının avatarlarında zorakılığı əks etdirən şəkillər, pornoqrafik materiallar və ya irqçiliyi və digər milliyətə mənsub nümayəndələrə olan nifrəti təbliğ eliyən çəkillər olmamalıdır.

3.8. Bütün turnir oyunları GlaHub Twitch kanalında yayımlanacaq və digər kanallarında yayımlana bilməz.

 

4. Ümumi qaydalar:

4.1 Qaydaların hər hansı bəndinin pozulmasına görə Hakimin xəbərdarlıq çıxarışına hüququ var (şıfahi və yaxud yazılı), oyunçuya matçda texniki məğlub edilmə təyin edilir və yaxud ban verilir (Müddəti hakim təyin edir).

4.2 Turnirdə iştirak edən hər bir iştirakçı və finala keçən oyunçular GLA tərəfindən keçirilən fotosessiya və başqa çekilişlər olsa iştirak etməlidir.

4.3 Təşkilatçılar, vəziyyətdən asılı olaraq turnirin müəyyən şərtlərini dəyişdirmə hüququnu özündə saxlayırlar.

4.4 Təşkilatçıların qərarlarına etiraz edilə bilməz.

4.5 Turnirə Azərbaycan ərazisində yaşayanlar və xaricdə yaşayan Azərbaycan vətəndaşları qoşula bilərlər.

4.6 Turnirin təşkilatçıları ‘’AR vətəndaşlığı’’nı sübut edən sənədi tələb edə bilər.

Mükafatlar

Ümumi Mükafat

1750

1

1000 AZN

2

500 AZN

3

250 AZN