Ümumi
Cədvəl
İştirakçılar

Turnir Haqqında

Status
Bitib
Növ
Single Elimination
Qoşulma Növü
Komanda
Ödəniş
Ödənişsiz
Yerlər
10/10

‘’League of Legends’’
Qaydalar
1. Turnirin gedişatı:
1.1 Turnir 18 May - 28 May aralığında, hər gün saat 19:00 etibarilə başlayacaq. Hər
oyuna 1 saat vaxt ayrılacaq.
1.2 Toplam 10 komanda iştirak edir və iki qrupa (A və B) bölünür.
1.3 Hər qrupda 5 komanda yer alır və hamı bir-biri ilə oynayır, oyunların sonunda
isə hər qrupdan iki komanda növbəti mərhələyə adlayacaq.
1.4 Qrup mərhələsi zamanı xal bərabərliyi yaşanarsa, komandalar arasındakı şəxsi
görüş nəzərə alınır.
1.5 A qrupunun lideri B qrupunun ikincisi ilə - B qrupunun lideri A qrupunun
ikincisi ilə oynayacaq.
1.6 Qrup mərhələsi boyunca oyunlar BO1, Yarı-Final BO3, Final BO5 formatında
olacaq.
2. Oyun öncəsi və oyundaxili qaydalar:
2.1 Oyunun rejimi – Summoner’s Rift 5vs5 (Tournament Draft)
2.2 Püşkatma prinsipi: Təsadüfi qaydada.
2.3 Lobbiyə 5 dəqiqədən çox gecikən komanda, təşkilatçının qərarına əsasən,
xəbərdarlıq və ya texniki məğlubiyyət ilə cəzalandırıla bilər. Turnirdə sadəcə bir
dəfə xəbərdarlıq ala bilərsiniz.
2.4 Hər komandanın turnir ərzində yalnız bir dəfə “15 dəqiqəlik gecikmə”
haqqından istifadəsinə icazə verilir.
2.5 Hər bir komandaya oyundaxili 5 dəqiqə fasilə verilir. Ümumi fasilələrin sayı
bütün matç ərzində 3 dəfədən artıq olmamalıdır.
2.6 Fasiləni qaldırarkən təşəbbüskar komanda, qarşı tərəfin hazır olubolmadığını öyrənməlidir. Yalnız rəqib komanda cavab verdikdə, matç davam
etdirilə bilər.
2.7 Lobbini yalnız turnir hakimi və ya streamer yarada bilər.
2.8 BO1 - Adı turnir cədvəlində yuxarı sırada yer alan komanda ‘’İlk seçim -
Tərəf’’ seçimində azaddır.
2.9 BO3 - Adı turnir cədvəlində yuxarı sırada yer alan komanda İlk seçim haqqına
sahib olur. Növbəti matçda isə digər komanda İlk seçim haqqını alır. Bərabərlik
halında isə ən qısa müddətdə qələbə qazanmış komanda ‘’İlk seçim - Tərəf’’
seçimində azaddır.
2.10 Komandalar oyundan öncə rezerv oyunçu dəyişikliyini təşkilatçılara
xəbər verməlidir.
2.11 Lobbini yalnız turnir hakimi və ya streamer yarada bilər.
3. Ümumi qaydalar
3.1 Turnirin uduş fondu 1000 AZN-dir.
I yer - 500 AZN
II yer - 300 AZN
III yer - 200 AZN ilə təltif olunacaq.
3.2 Qaydaların hər hansı bəndinin pozulmasına görə Hakimin xəbərdarlıq
3.3 çıxarışına hüququ var (şıfahi və yaxud yazılı), oyunçuya matçda texniki
məğlub edilmə təyin edilir və yaxud ban verilir (Müddəti hakim təyin edir).
3.4 Turnirdə iştirak edən hər bir iştirakçı və finala keçən oyunçular GLA tərəfindən 
keçirilən fotosessiya və başqa çəkilişlər olsa iştirak etməlidir.
3.5 Təşkilatçılar, vəziyyətdən asılı olaraq turnirin müəyyən şərtlərini dəyişdirmə
hüququnu özündə saxlayırlar.
3.6 Təşkilatçıların qərarlarına etiraz edilə bilməz.
3.7 Turnirə Azərbaycan ərazisində yaşayanlar və xaricdə yaşayan Azərbaycan
vətəndaşları qoşula bilərlər.
3.8 Turnirin təşkilatçıları ‘’AR vətəndaşlığı’’nı sübut edən sənədi tələb edə bilər.
3.9 Uduşlar 30-45 gün ərzində qaliblərə verilir.
3.10 Turnirdə yaş məhdudiyyəti yoxdur.
4. Qadağa olunur
4.1 Rəqibin fasiləsini qaldırmaq (5 dəqiqə), qarşı tərəfi xəbərdar etmədən və ondan
oyunun davamı üçün təsdiq almadan öz fasiləsini qaldırmaq. Əgər yuxarıda
qeyd olunan hərəkətlər matçın gedişinə ciddi təsir edərsə, bu zaman Hakimin
qərarı ilə komandaya texniki məğlubiyyət çıxarılır. Bu halda skrinşot
formasında sübutlar təqdim etmək lazımdır.
4.2 Komandanı bir nəfərdən artıq oyunçu tərk etdikdə oyuna davam etmək. Bu halda
komanda texniki məğlubiyyət alır.
4.3 Turnir zamanı iştirakçıları və turnirin rəsmilərini hər hansı qaydada təhqir etmək,
söyüş söymək, alçatmaq və aldatmaq. - bu kimi qayda pozuntularında komanda
xəbərdarlıq və ya texniki məğlubiyyət ala bilər və uduşlardan məhrum ola
bilər. Sübut qismində skrinşot təqdim etmək mütləqdiir.
4.4 Qeyri-idman hərəkətlər (qarşıdurmada təxribat yaratmaq, qaydaları
manipulyasiya etmək, rəqibə mənəvi təzyiq göstərmək, digər rəqiblərdən üstün
olan hər hansı bir proqramdan istifadə etmək). Bu halda Hakim komandaya
xəbərdarlıq və ya texniki məğlubiyyət çıxara bilər.
4.5 Qeyri-normativ leksik sözlərdən ibarət oyunçu adı (niki), irqçiliyin təbliğatı və
ya digər milliyyətdən olan nümayəndələrə hər hansı nifrət ifadəsi.
4.6 Bütün turnir oyunları GlaHub Twitch kanalında yayımlanacaq və heç bir
iştirakçı turnirlə bağlı Yayın haqqı daşımır.

Ümumi Məlumat

LoL oyunu Dota 2-dən ilhamlanan həvəskar bir oyundan başlayaraq beynəlxalq kiber idman növünə kimi böyük bir yol qət etdi. Bu oyun Amerika Birləşmiş Ştatlarında peşəkar idman növü kimi tanıdıldı, çünki bu oyun milyonlarla insanı özünə cəlb edir.

Mükafatlar

Ümumi Mükafat

1000

1

500 AZN

2

300 AZN

3

200 AZN

QRUP A
POZ Komanda O Q H M V B QF Xal
QRUP B
POZ Komanda O Q H M V B QF Xal
QRUP A
POZ Komanda O Q H M V B QF Xal
QRUP B
POZ Komanda O Q H M V B QF Xal
QRUP A
QRUP B
QRUP A
QRUP B