Ümumi
Cədvəl
İştirakçılar

Turnir Haqqında

Status
Bitib
Növ
Single Elimination
Qoşulma Növü
Komanda
Ödəniş
Ödənişsiz
Yerlər
66/32

Qaydalar: 1. Kvalifikasiya turları: 1.1. Toplam 32 komanda olacaq. 1.2. Turnir ‘’Single Elimination’’sistemi ilə keçiriləcək. 1.3. Turnirin bütün oyunları BO3 formatında keçiriləcək. 1.4 Hər gün oyun cədvəlindən seçilən 2 oyun canlı yayınlayancaq. Digər oyunlar isə təşkilatçıların nəzarəti ilə təşkil ediləcək. 2. Oyun öncəsi və oyundaxili qaydalar: 2.1 Breketde adı yuxarıda olan komanda A, aşağıda olan komanda B olaraq tanınır. A komandası ilk xəritəni banlayır B komandası ikinci xəritəni banlayır A komandası oynanılacaq ilk xəritəni seçir B komandası ilk xəritədəki tərəfi seçir və ardından ikinci oyunda oynanacaq xəritəni müəyyənləşdirir. A komandası isə ikinci oyunda oynayacağı tərəfi seçir. Üçüncü oyunun xəritəsi və tərəf seçimi “Mapban.gg” tərəfindən təsadüfi qaydada müəyyən ediləcək. 2.2 Komandaların qarşılaşma sisteminin tərtib edilmə prinsipi: Təsadüfi qaydada. 2.3 Əgər hər hansı bir komandanın ən az bir oyunçusu 15 dəqiqə ərzində matç lobbisində slot qazanmadıqda (internetdə yaranan problem, müştəri yenilənməsi quraşdırılırsa, və yalnız oyunçudan asılı olan digər səbəblərdən), bu halda komandaya texniki məğlubiyyət qərarı verilir. Hər komandanın turnir boyunca sadəcə bir dəfə ‘’15 dəqiqəlik gecikmə’’ haqqından istifadə etməsinə icazə verilir. 2.4 Hər bir komandaya oyundaxili 5 dəqiqə fasilə verilir. 2.5 Fasiləni qaldırarkən təşəbbüskar komanda qarşı tərəfin hazır olub-olmadığını öyrənməlidir. Yalnız rəqib komanda cavab verdikdə, matç davam etdirilə bilər. 2.6 Lobbini yalnız turnir hakimi və ya streamer yarada bilər. 3. Qadağa olunur 3.1. Rəqibin fasiləsini qaldırmaq (10 dəqiqə), qarşı tərəfi xəbərdar etmədən və ondan oyunun davamı üçün təsdiq almadan öz fasiləsini qaldırmaq. Əgər yuxarıda qeyd olunan hərəkətlər matçın gedişinə ciddi təsir edərsə, bu zaman Hakimin qərarı ilə komandaya texniki məğlubiyyət çıxarılır. Bu halda skrinşot formasında sübutlar təqdim etmək lazımdır. 3.2. Komandanı bir nəfərdən artıq oyunçu tərk etdikdə oyuna davam etmək. Bu halda komanda texniki məğlubiyyət alır. 3.3. Turnir zamanı iştirakçıları və turnirin rəsmilərini hər hansı qaydada təhqir etmək, söyüş söymək, alçatmaq və aldatmaq - bu kimi qayda pozuntularında komanda xəbərdarlıq və ya texniki məğlubiyyət ala bilər və uduşlardan məhrum ola bilər. Sübut qismində skrinşot təqdim etmək mütləqdiir. 3.4. Qeyri-idman hərəkətləri (qarşıdurmada təxribat yaratmaq, qaydaları manipulyasiya etmək, rəqibə mənəvi təzyiq göstərmək, digər rəqiblərdən üstün olan hər hansı bir proqramdan istifadə etmək). Bu halda hakim komandaya xəbərdarlıq və ya texniki məğlubiyyət qərarı verə bilər. 3.5. Qeyri-normativ leksik sözlərdən ibarət oyunçu adı (niki), irqçiliyin təbliğatı və ya digər milliyyətdən olan nümayəndələrə hər hansı nifrət ifadəsi. 3.6. Bütün turnir oyunları GlaHub Twitch kanalında yayımlanacaq və digər kanallarında yayımlana bilməz. 4. Ümumi qaydalar 4.1 Qaydaların hər hansı bəndinin pozulmasına görə hakimin ‘’xəbərdarlıq’’ etmə hüququ var (şıfahi və yaxud yazılı), oyunçuya matçda texniki məğlub və yaxud ban qərarı verilə bilər. (Müddəti hakim təyin edir). 4.2 Turnirdə iştirak edən hər bir iştirakçı və finala keçən oyunçular GLA tərəfindən keçirilən fotosessiya və başqa çəkilişlər olsa iştirak etməlidir. 4.3 Təşkilatçılar, vəziyyətdən asılı olaraq turnirin müəyyən şərtlərini dəyişdirmə hüququnu özündə saxlayırlar. 4.4 Təşkilatçıların qərarlarına etiraz edilə bilməz. 4.5 Turnirə Azərbaycan ərazisində yaşayanlar və xaricdə yaşayan Azərbaycan vətəndaşları qoşula bilərlər. 4.6 Turnirin təşkilatçıları ‘’AR vətəndaşlığı’’nı sübut edən sənədi tələb edə bilər. 4.7. Uduşlar 45-60 gün ərzində GLA tərəfindən təqdim ediləcək.

Ümumi Məlumat

Mükafatlar

Ümumi Mükafat

1750

1

1000 AZN

2

500 AZN

3

250