Ümumi
Cədvəl
İştirakçılar

Turnir Haqqında

Status
Başlayıb
Növ
Double Elimination
Qoşulma Növü
Komanda
Ödəniş
Ödənişsiz
Yerlər
16/16

Kompüter Oyunları üzrə XV Milli Counter-Strike: Global-OffensiveÇempionatı

Qaydalar1.

Ümumi qaydalar:

1.1Qaydaların hər hansı bəndinin pozulmasına görə hakimin ‘’xəbərdarlıq’’ etmə hüququ var (şifahi və yaxud yazılı), oyunçuya matçda texniki məğlub və yaxud ban qərarı verilə bilər. (Müddəti hakim təyin edir).

1.2Turnirdə iştirak edən hər bir iştirakçı və finala keçən oyunçular GLA tərəfindən keçirilən fotosessiya və başqa çəkilişlər olsa iştirak etməlidir. 1.3Təşkilatçılar, vəziyyətdən asılı olaraq turnirin müəyyən şərtlərini dəyişdirmə hüququnu özündə saxlayırlar.

1.4Təşkilatçıların qərarlarına etiraz edilə bilməz.

1.5Turnirə Azərbaycan ərazisində yaşayanlar və xaricdə yaşayan Azərbaycan vətəndaşları qoşula bilərlər.

1.6Turnirin təşkilatçıları ‘’AR vətəndaşlığı’’nısübut edən sənədi tələb edə bilər.

1.7Uduşlar 45-60 gün ərzində GLA tərəfindən təqdim ediləcək

1.8Uduş fondu ümumi 1750 AZN təşkil edir:1-ci yer 1000 AZN2-ci yer 500 AZN3-cü yer 250 AZN 2.Turnirinplatformasıvəkeçirilməqaydası:

2.1Turnirdə ümumilikdə 16 komanda iştirak edir.

2.2Turnir double elimination sistemi ilə keçirilir.

2.3Pick-ban sistemi “mapban.gg” platforması ilə aparılacaq. Breketde adı yuxarıda olan komanda A, aşağıda olan komanda B olaraq tanınır.A komandası ilk xəritəni banlayırB komandası ikinci xəritəni banlayırA komandası oynanılacaq ilk xəritəni seçir B komandası ikinci oynanılacaq xəritəni seçirA komandası növbəti xəritəni banlayırB komandası dördüncü xəritəni banlayır və bundan sonra sonuncu oynanılacaq xəritə qalır.

2.4Hər-hansı bir komandanın qalibiyyətindən sonra Təşkilatçılarkomandanın 1 oyunçusundan müsahibə istəyə bilər.

2.5Turnirdə oynanılacaq xəritələr:Inferno, Overpass , Dust 2, Ancient, Nuke, Mirage, Vertigo

2.6Bütün turnir oyunları GlaHub Twitch və təşkilatın digər kanallarında yayımlanacaq.

2.7Hər-hansı bir komandanın oyunçusu texniki səbəblərdən bütünfasilələrdənsonra matç zamanıyenidən serverə qoşula bilməsə, komandanın dörd nəfərlə oynaya bilər.

2.8Hər komandanın 5 dəfə 1 dəqiqəlik fasilə, bundan başqa 1 dəfə 5 dəqiqəlik texniki fasilə hüququ mövcuddur.

2.9Əgər hər hansı bir komandanın ən az bir oyunçusu 15 dəqiqə ərzində matç lobbisində slot qazanmadıqda (internetdə yaranan problem, müştəri yenilənməsi quraşdırılırsa, və yalnız oyunçudan asılı olan digər səbəblərdən), bu halda komandaya texniki məğlubiyyət qərarı verilir.

2.10Hər komandanın turnir boyunca sadəcə bir dəfə ‘’15 dəqiqəlik gecikmə’’ haqqından istifadə etməsinə icazə verilir.

2.11Turnirdə keçirilən oyunlar təşkilatçılar tərəfindən qurulan xüsusi serverdə keçiriləcək. Hər oyundan əvvəl komandalara məlumatlar atılacaq. 2.12Serverdə yalnız oyunçular və hakimlər ola bilər, digər şəxslərin daxil olması qadağandır.

3.Qadağandır:

3.1Rəqibin fasiləsini qaldırmaq, qarşı tərəfi xəbərdar etmədən və ondan oyunun davamı üçün təsdiq almadan öz fasiləsini qaldırmaq. Əgər yuxarıda qeyd olunan hərəkətlər matçın gedişinə ciddi təsir edərsə, bu zaman Hakimin qərarı ilə komandaya texniki məğlubiyyət çıxarılır. Bu halda skrinşot formasında sübutlar təqdim etmək lazımdır.

3.2Komandanı bir nəfərdən artıq oyunçu tərk etdikdə oyuna davam etmək. Bu halda komanda texniki məğlubiyyət alır.

3.3Turnir zamanı iştirakçıları və turnirin rəsmilərini hər hansı qaydada təhqir etmək, söyüş söymək, alçatmaq və aldatmaq -bu kimi qayda pozuntularında komanda xəbərdarlıq və ya texniki məğlubiyyət ala bilər və uduşlardan məhrum ola bilər. Sübut qismində skrinşot təqdim etmək mütləqdiir.

3.4Qeyri-idman hərəkətləri (qarşıdurmada təxribat yaratmaq, qaydaları manipulyasiya etmək, rəqibə mənəvi təzyiq göstərmək, digər rəqiblərdən üstün olan hər hansı bir proqramdan istifadə etmək). Bu halda hakim komandaya xəbərdarlıq və ya texniki məğlubiyyət qərarı verə bilər.

3.5Qeyri-normativ leksik sözlərdən ibarət oyunçu adı (niki), irqçiliyin təbliğatı və ya digər milliyyətdən olan nümayəndələrə hər hansı nifrət ifadəsi.

3.6Bütün turnir oyunları GlaHub Twitch kanalında yayımlanacaq və digər kanallarında yayımlana bilməz.

Ümumi Məlumat

Mükafatlar

Ümumi Mükafat

1750

1

1000 Azn

2

500 Azn

3

250 Azn