Ümumi
Cədvəl
Oyunlar
Oyunçular

Turnir Haqqında

Status
Bitib
Növ
Liqa
Qoşulma Növü
Komanda
Ödəniş
Ödənişsiz
Yerlər
0/1024

Təşkil olunan turnirin məqsədi:


Azərbaycanda ən güclü PUBG Mobile üzrə komandasını müəyyənləşdirmək
16 tur təşkil olunacaq, hər tur 32 ayrı-ayrı komanda bir biri ilə savaşacaq. Ümumi komandaların sayı 512-dir. 16 turdan sonra finala qalacaq 32 komanda, hansı ki PUBG Mobile üzrə Azərbaycan Çempionu adına layiq görüləcək.

Ümumi Məlumat

Qaydalar:

1. Seçmə mərhələsi 16 turdan ibarətdir.

2. Hər tur 3 xəritədən ibarətdir xəritələri əvvəlcədən yükləmək tələb olunur (Erangel, Miramar, Sanhok).

3. Oyunlar 19:50də başlayır.

4. Gecikmək qadağandır. Oyunlar əvvəlcədən qeyd olunan vaxtında başlamalıdır.

5. Komandaların birləşməsi (Teaming) qadağandır.

6. Qalib ən çox xal toplamış komandadır.

7. Xallar bərabərdirsə, üstünlük "kill" sayına verilir.

8. Komanda oyuna yalnız tam şəkildə daxil ola bilər (2 nəfər).

9. Komanda 2 turdan artıq buraxdiğı halda event-dan kənarlaşdırılır və mükafatdan məhrum olur və digər komanda ilə əvəz olunur.

10. Emulatordan istifadə etmək qadağandır.
11. Oyun Formatı: DUO, TPP

12. Yaş məhdudiyyəti 13 yaş və yuxarı.

13. Adminlər oyunçulardan yaşı təsdiq edən sənədi tələb etməyə etmək hüququna malikdir.

14. Hər bir komandanın oyunun başlama vaxtından ən azı 10 dəqiqə əvvəl server otağına daxil olması tələb olunur.

15. Matçın nəticələri oyun bitdikdən dərhal sonra bütün komandaların kapitanlarının təsdiqləri ilə hesablanacaq.

16. Xəritələr dalbadal olacaq. Hər xəritədən sonra növbəti xəritənin başlanmasına 15 dəqiqə fasilə verilir.

17. Hər komandanın lobbidə adminlər tərəfindən müəyyən olunan slot var. Siyahı oyunun əvvəlində kapitanlara təqdim olunur.

18. Hər turda 32 komanda iştirak edir. Hər turdan finala 2 komanda çıxacaq.

19. Oyunlar PUBG Mobile lobby platformasında keçirilir. Lobby GLA tərəfindən təşkil olunur. ID və şifrə turnirin whatsapp qrupasına göndərilir.

20. Kənar şəxslərə lobbinin ID və şifrəni göndərmək qadağandır.

21. Hər bir komandada 2 əsas oyunçu bilər.

22. Digər rəqiblərdən üstün olan hər hansı bir proqramdan (fırıldaqçılardan) istifadə etmək qadağandır.

23. Bütün turnir oyunları GlaHub Twitch və digər kanallarında yayımlana bilər. Liqada iştirak edən oyunçular oyunu stream edirsə gecikmə (delay) ən azı 5 dəqiqə qoyulmalıdır. Əks halda komanda diskvalifikasiya olunur.

24. Oyunçular Azərbaycan daxilində olmalıdılar.

25. Oyunçular yalnız qeydiyyatda olan akkauntlarını istifadə edə bilər.

26. Turnirdə iştirak edən hər bir iştirakçı və finala keçən oyunçular Gaming League Azerbaijan tərəfindən keçirilən fotosesiyada və başqa çekilişlərdə iştirak etməlidir (olsa).

27. Xal sistemi

1ci yer - 20 xal
2 – 14 xal
3 – 10 xal
4 – 8 xal
5 – 7 xal
6 – 6 xal
7 – 5 xal
8 – 4 xal
9 – 3 xal
10 – 2 xal
11 – 1 xal
12 – 1 xal
13 – 1 xal
14 – 1 xal
15 – 1 xal
16 – 1 xal

28. Hər bir komanda kapitani nəticələri “screenshot” edərək çəkməlidir. Göndərmək lazım deyil. Lobby ilə texniki problemlər olduğu halda nəticələr lazım ola bilər.

29. Etirazların, müzakirələrin və ya GLAnın rəsmiləri və təşkilatçıları ilə hər hansı digər yazışmaların məzmunu ciddi məxfi hesab olunur. Turnir təşkilatçılarından əvvəlcədən razılığı olmadan bu cür materialların yayımlanması qadağandır.

30. Hakim oyunçunu/komandanı diskvalifikasiya etmək hüququna malikdir.

31. Qaydalar hər kəs üçün məcburidir, qaydanın pozulması cərimə (Cərimə deyəndə tura görə mükafatın verilməməsi deməkdir və xalların verilməməsi) və ya diskvalifikasiyaya səbəb olacaqdır.

32. Təşkilatçılar, vəziyyətdən asılı olaraq turnirin müəyyən şərtlərini dəyişdirmə hüququnu özündə saxlayırlar.

33. Təşkilatçıların qərarları etiraz edilə bilməz.

Mükafatlar

Ümumi Mükafat

0

1

Xiaomi MI Note 10 (x2)

2

Xiaomi MI Note 10 LITE (x2)

3

REALME 6 (x2)

4

REDMI NOTE 9 PRO (x2)

5

REDMI NOTE 9 (x2)

POZ Komanda P W D L F A GD Xal
Bitib

Karabakh Horses

3

Nakhchivan Alinja Tower

2
tab 4